BlackBerry istifadəçilərinə şad xəbər

31-12-2014 / 19:11

BlackBerry yeni modellərlə istifadəçilərini sevindirməkdə davam edir. Bu modellərdən biri olan Rio Z20nın bəzi xüsusiyyətlərini təqdim edirik.

Rio Z20, orta sinif sayılacaq bir cihazdır. 1280 x 720 piksel 5 ekrana, 2800mAh tutumunda batareyaya, 1.5GHz-lik cüt nüvəli MSM 8960 SoC-a, 2GB yaddaşa, 16GB-lıq saxlanma sahəsinə, LTE dəstəyinə və 8MP-lik arxa kameraya sahib olan məhsul, bütün bu xüsusiyyətlərlə BlackBerry Z10 və Z30 modelləri ilə müqayisə olunacaq cihazdır.

BlackBerry Rio Z20-nin xüsusiyyətləri yüksək səviyyəli telefon maraqlılarını həyəcanlandırmamış ola bilər; ancaq BlackBerry-nin bu modeldəki məqsədi f / p mərkəzli bir cihaz istehsal etməkdir. 300 dollar civarında bir qiymət etiketi ilə bazara çıxması gözlənilən Rio Z20 bu baxımdan olduqca qanedici bir məqamda sayılır.

Ağ və qara rəngli modellərinin çıxarılması gözlənilən telefonun inkişaf etməkdə olan ölkələrdə satışda olacağı göstərilir. Ancaq Avropa və Latın Amerikasında da Rio Z20-ni görəcəyik.

Azərbaycanda satışa çıxarılıb-çıxarılmamasını isə zaman göstərəcək.

Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə