"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

06-12-2020 / 15:08

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il - “Könüllülər ili” ilə əlaqədar hazırlanmış poçt markası artıq dövriyyəyə buraxılıb.
 
Xeberler.az bildirir ki, məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Könüllülər ili”nə töhfə verməkdir. 

Poçt markasının təsvirində aydın səma fonunda əl-ələ tutmuş 3 insan silueti simvolik olaraq insanlar arasındakı birliyi, həmrəyliyi, qarşılıqlı köməyi ifadə edir. İnsan fiqurları arasındakı boşluqlar isə qədim zamanlardan sülh quşu, qayğı, xoş məram simvolu sayılan göyərçin silueti əmələ gətirir.
 
Poçt markası rəssam Vüqar Əyyubovun dizaynı əsasında hazırlanıb və 7 min tirajla çap olunub.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.