Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə “biletim.az” portalında yeni funksionallıq istifadəyə verilib.
Xeberler.az bildirir ki, yeni funksionallıq vasitəsilə vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər. Beləliklə, həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.
Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.
Xatırladaq ki, bundan əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha sürətli formada doldura bilərlər. Bu da bilet alışını daha tez həyata keçirməyə imkan verir.
İstifadəçi 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport məlumatlarını portala əlavə etmək imkanı da əldə edib.
Vətəndaşlara “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb.
Tətbiqə giriş zamanı “myGov ID ilə giriş” funksionallığı sayəsində isə istifadəçilər portala birbaşa və sürətli giriş imkanı əldə ediblər. Bunun sayəsində əvvəlcədən əldə edilən elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirməsi etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları