İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) istifadəçilərin məkan məlumatlarının emalı zamanı yol verdiyi pozuntulara görə "Google"u 403 milyon avro cərimələyib.
Xeberler.az RTE telekanalına istinadən məlumat verir ki, məlumatların mühafizəsi qaydalarına əsasən, məkan haqqında məlumat qanuni, ədalətli və şəffaf şəkildə emal edilməlidir.
DPC-dən bildirilib ki, araşdırma zamanı "Google" tərəfindən yol verilmiş pozuntular aşkar edilib. Xüsusilə, istifadəçilər məkan məlumatlarının reklamların göstərilməsi və ya onların maraqlarının müəyyənləşdirilməsi də daxil olmaqla, müxtəlif məqsədlər üçün istifadə edildiyindən xəbərsiz ola bilərdilər. Bu isə onların şəxsi məlumatlarına nəzarət imkanlarını məhdudlaşdıra bilərdi.
Araşdırma, DPC tərəfindən 2020-ci ilin fevralında, bir neçə Avropa istehlakçı hüquqlarının müdafiəsi təşkilatından müəyyən xidmətlər və məhsullarla əlaqədar "Google" şirkətinin məkan məlumatlarını emal etməsinə dair şikayətlər daxil olduqdan sonra başladılıb.
Komissiya ümumilikdə 403 milyon avro məbləğində cərimə tətbiq edib və "Google"a məlumatların emalı sistemini altı ay ərzində tələblərə uyğunlaşdırmağı tapşırıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları