Previous Next
Bağla

«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

16-03-2011 17:38
«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

«Azercell Telecom» Mobil rabitə operatoru naviqasiya xidmətini istifadəyə verib.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, naviqasiya vasitəsilə abunəçi mobil telefonundan fərdi bələdçi kimi istifadə edə bilər. Belə ki, xəritədə istənilən yerə getmək, bu yerin ünvanını və xəritədə yerləşməsini tapmaq mümkündür. Naviqasiya xidmətini işə salmaq üçün müvafiq proqram təminatını telefona yükləmək lazımdır. Bundan sonra abonent harda olursa-olsun, onun yerləşdiyi məkan telefondakı elektron xəritə üzərində göstərilir. Bu zaman həmin yerin ətrafındakı bütün məntəqələr (küçələr, kafelər, restoranlar, banklar, mağazalar və s.) də xəritədə əks olunur. Abonent getmək istədiyi yeri proqramda göstərməklə həmin məkana qədər olan ən əlverişli yolu seçə bilər.

Bundan başqa, naviqasiya xidməti ətraf yollar barədə də məlumatı istifadəçiyə təqdim edir. Tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar barədə məlumat birbaşa mobil telefonun ekranında göstərilir. Naviqasiya xidməti çərçivəsində bu cür məlumatların hamısı daim yenilənir. Xidmət həm fərdi avtomobil sahibləri, həmçinin də şirkət və təşkilatlar tərəfindən avtoparkı idarə etmək üçün çox böyük imkanlar təqdim edir.

«Azercell» abonentləri proqramı əldə etmək üçün 9886 nömrəsinə boş SMS göndərməlidir. «Azercell» fakturalı xətt abonentləri üçün bu SMS-in qiyməti 0,05 manat (ƏDV-siz), «SimSim» abonentləri üçün isə 1 kontur təşkil edir. Naviqasiya xidmətindən 30 günlük istifadəyə görə lisenziya haqqı «Azercell» fakturalı xətt abonentləri üçün 6 manat (ƏDV-siz), «SimSim» abonentləri üçün isə 2500 konturdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

03-08-2010

Azercell MMC PayCELL xidmətindən istifadəni beş dəfə artırıb

14-09-2009

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011

Azercell multimedia mesajlarının qiymətini azaldıb

01-10-2009

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009

SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edəcəklər

06-12-2008

“Azercell” MMS-in həcmini 3 dəfə artırdı, qiyməti isə dəyişməz qaldı!

13-01-2009

«Azercell» mobil rabitə tariflərini endirib

19-06-2009

«Azercell»dən «Friend Finder» xidməti

25-11-2010

“Azercell” DataKart paketlərinin həcmini artırdı

21-04-2009

Azercell-dən yeni “Roamcell” xidməti

20-02-2009

“Azercell” şirkəti abonentlərinə hər gün avtomobil qazanmaq şansı yaradır

19-10-2009

«Catel» və «Azercell» abunəçiləri bir-birinə SMS göndərmək imkanı qazanıb

24-02-2009

Azercell “4 milyon” kampaniyasını təqdim edir

22-05-2010

Azercell ZengimCELL xidmətində yenilik edib

17-03-2009

“Azercell” Belçika şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib

19-11-2008

«Azercell» şirkəti yeni kampaniyaya başlayıb

14-04-2009

Azercell-dən Toyota Corolla qazanan 7-ci xoşbəxtin adı açıqlandı

08-09-2009

Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

09-12-2009

«Azercell» yeni kampaniyaya start verib

04-05-2009

Azercell-dən “Danışan Mesaj” xidməti

22-05-2009

«Azercell»dən növbəti «Roamcell» xidməti

19-03-2009

Azercell Telecom yeni kampaniyaya start verib

02-05-2009

“Həftəyə avtomobil” kampaniyası çərçivəsində bir avtomobil sahibini tapdı

13-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə