«Azerfon» şirkəti yeni rouminq sazişləri imzalayıb

16-04-2009 / 17:55

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bir neçə yeni rouminq sazişi imzalayıb.

Şirkətin verilən məlumata əsasən, «Nar Mobile»ın yeni rouminq tərəfdaşları İndoneziyanın «Hutchison CP Telecommunications», Moldovanın «Orange Voxtel», Filippinin «Globe Telecom», Rumıniyanın «Orange» və Meksikanın «Telefónica mobil» operatorları olub.
Beləliklə, ümumilikdə «Nar Mobile» tərəfindən 71 ölkə ilə 126 rominq sazişi imzalanıb.

Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ilin mart ayından fəaliyyət göstərir və ölkə ərazisinin 80%-ni əhatə edir. Hazırda «Nar Mobile»in 1,2 mln-dan çox abunəçisi var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.