«AzQtel» şirkəti regionlarda genişzolaqlı internet xidmətləri göstərəcək

16-11-2009 / 16:24

«AzQtel» şirkəti simsiz internet xidmətlərinin regional səviyyədə göstərilməsini planlaşdırır.

Hazırda şirkətin əhatə dairəsinə Bakı, Mərdəkan, Şüvəlan və Şimal DRES əraziləri daxildir.

APA-nın məlumatına əsasən, «AzQtel» WiMax texnologiyası üzərindən genişzolaqlı internet xidmətlərindən 128 Kbit/s-dən 1024 Kbit/s-dək sürətlə istifadə etmək imkanını 19 manatdan 79 manatadək təqdim edir. Trafik üzrə tarif paketinə uyğun olaraq 1024 Kbit/s sürətlə 2 GB həcmdə internetə qoşulma tarifi 15 manat, 1024 Kbit/s sürətlə 5 GB həcmdə internetə qoşulma tarifi isə 25 manat təşkil edir.

Xatırladaq ki, «AzQtel» şirkəti «Qtel Global Networks» (Böyük Britaniya) və «TransKaspian Telekom» (Azərbaycan) tərəfindən 2005-ci ildə təsis olunub. Şirkətin əsas fəaliyyəti Azərbaycanda WiMax texnologiyasının istifadəsi ilə simsiz internetin tətbiqindən ibarətdir. Şirkət yüksək sürətli internet xidməti, Şəxsi Virtual Şəbəkə (VPN), idarə olunan şəbəkə əməliyyatları (Managed Network Operations) xidmətlərini təklif edir. Yaxın gələcəkdə şirkət İP telefoniya xidmətini təklif etməyi planlaşdırır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.