«Elcell» xidmətinin tarif və avadanlıqları ucuzlaşdırılıb

01-05-2009 / 14:02

 Azərbaycanın «Datacell» şirkəti («Elcell» brendi ilə göstərilən İnternet xidməti) bu gündən etibarən tariflər paketləri və avadanlıqların qiymətlərində endirimlər tətbiq edib.
Şirkətin Bakıdakı baş ofisindən verilən məlumata görə, endirimlər yay mövsümü ərəfəsində simsiz İnternetdən istifadəni daha asan və səmərəli etmək məqsədi ilə tətbiq olunub.
 
Aksiya çərçivəsində artıq keyfiyyətli və geniş yayılmış simsiz modemləri cəmi 159 manata əldə etməklə, İnternetə endirimli və yeniləşdirilmiş tarif paketləri vasitəsilə qoşulmaq olar.

Bununla yanaşı, istifadəçilər fərdi İnternet profillərinə uyğun optimal tarif seçməklə, daha 30% vəsaitlərinə qənaət edə bilərlər.
Qeyd edək ki, hazırda «Elcell» şəbəkəsinin modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir və bu tədbirlər bağ mövsümü ərəfəsində Abşeron yarımadasının bağ evləri sakinlərini keyfiyyətli xidmətlə təmin etməyə imkan yaradacaq. Bu ilin sonuna kimi isə xidmətin Azərbaycanın daha 10 şəhər aə rayonunda tətbiq edilməsi planlaşdırılır.

Xatırladaq ki, «Elcell» – «Datacell» şirkətinin 2005-ci ildə yaratdığı brenddir. «Elcell» brendi ilə göstərilən xidmətlər «iBurst» texnologiyası əsasında qurulub. Bu texnologiya İnternetə DSL surəti ilə genişzolaqlı simsiz səyyar qoşulma imkanı verir, VoIP daxil etməklə bütün İnternet standartları və əlavələrinin dəstəklənməsini təmin edir.APA

«iBurst» texnologiyası şəbəkənin ötürmə qabiliyyətini 3 dəfə artırmağa imkan verir. Baza stansiyası, təqdim olunan mühəndis və texniki həllər hesabına, bir tezlikdə, siqnalın keyfiyyətinə xələl yetirmədən, eyni vaxtda üç müxtəlif istiqamətdən və abunələrdən daxil olan siqnalları ötürmək qabiliyyətinə malikdir. Demək olar ki, bu sistemdə WiMAX texnologiyasının bütün imkanları mövcuddur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə