Previous Next
Bağla

Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

17-02-2009 12:43
Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

Bildiyimiz kimi, Rabitə və İnformasiya Texnologiyaları nazirinin əmri ilə fevralın 1-dən İnternet qiymətləri dövlət provayderlərində 2,5 dəfə endirilib və AİF bu endirimi təqdirəlayiq sayıb.

Bu qərardan sonra Internet tariflərində provayderlərin əksəriyyəti endirimlər etməyə başladı. Lakin azsürətli İnternetdən istifadə edən əhali yenə də İnternetə çıxışı asanlıqla əldə edə bilmir.

Bunun səbəbi isə 128 kbit/s, 64 kbit/s sürətə uyğun xidmətlərin bir çox provayderlərdə olmamasıdır. Qiymətlərin enməsinə baxmayaraq,  aşağısürətli İnternet olmadığına görə, endirim o qədər də gözə çarpmır. Çünki əvvəl 128 kbit/s, 64 kbit/s sürət orta qiymətlə 30-40 manat idisə, endirimdən sonra bu qiymət 12-16 manat olmalı idi. Lakin görünür bu, provayderlərə o qədər də sərf etmir. Endirimdən sonra bu sürətlər ləğv olunmağa başlayıb. Əhali arasında bu tariflərə tələbatın  çox olmasına baxmayaraq, provayderlər yüksəksürətli İnternet təklif etməyə üstünlük verirlər.
 
AİF-in ekspertlərinin bildirdiyinə görə, bunun səbəbi provayderlərin ümumiyyətlə limitsiz genişzolaqlı İnternet təklif etmək üçün texniki imkanlarının məhdud olmasındadır. Ona görə də, aşağısürətli İnternet satmaq onlara sərf etmir və yüksək sürət satmaqla bu boşluğu aradan qaldırmaq istəyirlər.

AİF-in müşahidələrinə görə, həm dövlət provayderlərində - Aztelekom, Bakinternet, həm də bir sıra özəl provayerlərdə - Connect, Azeronline, Adanet və s. genişzolaqlı limitsiz İnternetin tarif paketlərində 128 kbit/s, 64 kbit/s sürətləri yoxdur.

Beləliklə, əhali aşağısürətli İnternet üçün  yenə də dial-up-a müraciət etməli olur və 90 %-dən çox İnternet istifadəçilərinin istifadə etdiyi dial-up xidmətində hələlik heç bir endirim müşahidə olunmayıb.

Endirim yalnız korporativ müştərilər, yüksəksürətli İnternet istifadəçiləri üçün əlverişli olub.

Xatırladaq ki, İnternet qiymətlərinin endirilməsindən sonrakı vəziyyətlə bağlı RİTN və AİF-in apardığı monitorinq davam edir.
 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Aztelekomun təqdim etdiyi limitsiz ADSL xidmətlərinin tarifləri aşağı salınıb

01-11-2008

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

“Connect” martın 1-dən limitsiz tarif planında sürəti yüksəldəcək

21-02-2009

AİF internet qimətlərinin endiriləməsi ilə bağlı apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb

24-02-2009

Azeronline şirkəti ADSL xidmətlərinin tariflərini 30%-dən artıq endirəcək

22-12-2009

Gələn il beynəlxalq telefon danışıqları və İnternet tarifləri 25 faiz azaldılacaq

15-11-2008

Smart Systems genişzolaqlı internet xidmətləri üzrə tarifləri azaldıb

11-09-2009

«AzQtel» şirkəti regionlarda genişzolaqlı internet xidmətləri göstərəcək

16-11-2009

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009

Son zamanlar provayderlərin aşağısürətli ADSL tarifləri gözə dəymir

09-02-2009

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

AİF-in internet qiymətlərinin endirilməsi ilə bağlı apardığı monitorinq yekunlaşmaq üzrədir

16-02-2009

Bakinternetdə də ADSL qiymətlərində endirim gözlənilir

06-09-2011

«AzDataKom» şəbəkəsi internet xidmətlərinin tariflərini endirib

05-06-2010

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

Azercell yeni İnternet paketlərini istifadəyə verdi

21-07-2015

Azərbaycanda dial-up xidmətləri dayandırılacaq

03-09-2010

Azərbaycanda internet niyə ucuzlaşmır?

14-10-2010

«Provayederlər kütləvi oğurluqla məşğul olur»

05-07-2011

Aztelekom internet qiymətlərini endirdi!!!

27-12-2008

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Dövlət provayderlərində İnternet tarifləri endirildi

01-10-2011

Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

06-06-2010

Azərbaycanın dövlət internet-provayderləri internet qiymətlərini endiriblər

02-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə