«Bakcell»ə yeni baş direktor təyin olunub

10-01-2009 / 15:54

Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinə yeni baş direktor təyin olunub.

Bu barədə «APA-ECONOMICS»ə «Bakcell» şirkətinin ictimayyətlə əlaqələr şöbəsinin meneceri İlham Əfəndiyev məlumat verib. İ. Əfəndiyevin sözlərinə görə, ötən il dekabrın 30-da şirkətin baş direktoru vəzifəsində çalışan Martin Kverkin səlahiyyət müddəti başa çatıb və cari ilin yanvar ayının 14-dən etibarən «Bakcell»in baş direktor vəzifəsini Hollandiya vətəndaşı olan xanım İnessa Botte tutacaq.

Qeyd edək ki, əvvələr İ. Botte Livanın mobil rabitə operatoru olan «Alfa» şirkətində baş direktor işləyib.

Xatırladaq ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 1,2 mln. abunəçisi var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.