Previous Next
Bağla

“Azercell-lə Azerfon arasındakı münaqişənin səbəbkarı RİTN-dir”

24-07-2009 10:57
 “Azercell-lə Azerfon arasındakı münaqişənin səbəbkarı RİTN-dir”

Son günlər Azərbaycanın iki mobil operatoru - Azercell Telekom MMC ilə Azərfon (ticari markası “Nar Mobile”) MMC arasında münaqişə açıq şəkildə üzə çıxdı. Məlum olduğu kimi, Azercell Telekom MMC mobil rabitə operatoru dünən 22 iyul saat 00.00-dan başlayaraq mobil operator Azerfon MMC ilə əlaqəni kəsmək niyyətini bildirdi. Bu qərarın səbəbi olaraq Azerfon-un 28 fevral 2007-ci ildə şirkətlərin imzaladığı müqaviləni pozaraq 11 mln manat debitor borcunu ödəməməsi göstərilirdi. İki şirkətin münaqişəsini Turan-a şərh edən Azərbaycan İnternet Forumunun (AİF) sədri, "Multimedia" QHT-nin direktoru Osman Gündüz qeyd etdi ki, Azercell-lə Azerfon arasında münaqişə çoxdan yaranıb. Amma cəmiyyət bundan indi xəbər tutur.

Münaqişənin səbəbi nədir?

Səbəb odur ki, səlahiyyət sahibi olan dairələr Azerfon üçü daha əlverişli şərait yaradır. O cümlədən, bu yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Aydındır ki, yeni texnologiyaları ilk dəfə tətbiq edən şirkət qazanır. Göründüyü kimi, Azerfon üçün bütün əngəllər aradan qaldırılır, bütün müvafiq müqavilələr bağlanır, amma Azercell üçün şərait yaradılmır, tezlik verilmir və s. Hərçənd bu şirkət testdən keçib və 3G-nin tətbiqinə hazırdır. Böyük ehtimalla, vəziyyəti qiymətləndirərək Azercell bu qənaətə gəlib ki, bazarda Azerfon-un mövqeyi güclənəcək, Azercell isə, əksinə, zəifləyəcək. Bundan sonra Azercell mövcud münaqişəni açıqlamaq qərarına gəldi. Vəziyyətin tragikomizmi bundadır ki, bir vaxtlar dövlətin yetərincə dəstəyini alan, bazarda hegemonluq edən şirkət indi əks tendensiya ilə üzləşib.

Azerfon-un baş direktoru Gido Helbix onun şirkətinin Azercell-ə borcu olduğunu desə də, 11 mln rəqəmini çox şişirdilmiş adlandırdı. Bu barədə nə deyə bilərsiniz?

Qanunvericiliyə əsasən, operatorların bir-birinə verdiyi trafik həcmi məsələsi onların arasında bağlanan müqavilə ilə tənzimlənir. Aydındır ki, bu məsələ 28 fevral 2007-ci il tarixli “Azercell Telekom MMC ilə Azerfon MMC arasında rabitə haqqında” müqavilədə öz əksini tapıb. Bu müqaviləyə əsasən, trafik üçün pulu operatorlar bir-birinə hər ayın sonunda ödəməlidirlər. Azercell-in bildirdiyi borcun nə qədər real olmasından asılı olmayaraq, müqavilə əsasında olan borc tam ödənilməlidir. İndi aydın olur ki, Azerfon müqavilənin şərtləri ilə razı deyil. Amma qanuna müvafiq olaraq belə məsələlər məhkəmə qaydasında həll edilməlidir. Sual yaranır: Azerfon niyə məhkəməyə müraciət etmədi? İş məhkəməyə çıxmasın deyə şirkətlər arasındakı münaqişəni kim həll etməli idi? Təbii ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)!İndi aydın olur ki, Azercell bu məsələ ilə bağlı RİTN-ə dəfələrlə müraciət edib. Amma nazirlik bu məsələni həll edə bilməyib.

RİTN Azercell-lə Azerfon arasındakı münaqişəni niyə çözə bilmir?

RİTN təkcə bu yox, başqa bu tip münaqişələri də çözə bilməyib (AzEuroTel BM - Aztelekom İB, Aztelekom İB -Deltatelekom MMC və rabitə bazarının başqa iştirakçıalrı). Bu, ona görə baş verir ki, arbitr funksiyalarına malik RİTN özünün bu funksiyalarını bazar reallıqlarına müvafiq həyata keçirə bilmir. Çünki RİTN özü bazar iştirakçısıdır, kommersiya ilə məşğul olur, özünün iqtisadi maraqları var. Məhz buna görə AİF 2 ay əvvəl ölkə prezidentinə müraciət ünvanlayıb təklif etdi ki, RİTN-i ləğv edib yerində müstəqil tənzimləyici struktur, həmçinin dövlət idarəçiliyini həyata keçirən struktur yaratsın. Nə qədər ki, Müstəqil Telekommunikasiya Şurası (MTŞ) yaradılmayıb, İKT sektorunun inkişafı yavaşıyacaq və bu cür münaqişələr yaranacaq. Bütün bu anlaşılmazlıqların səbəbi odur ki, RİTN-in bazar subyekti olması onun tənzimləyici funksiyalarını heçə endirir. Özünüz mühakimə edin, indi Aztelekom RİTN-in tapşırığı ilə Azercell-lə rabitə kanallarının işini dayandırıb ki, Azerfon-a kömək etsin. Belə olanda RİTN-in münaqişəni çözəcəyini gözləmək olarmı? Azercell nə etməlidir? RİTN-ə müraciət etsin? Dəfələrlə müraciət edib. Amma nəticəsi olmayıb. Faktik olaraq Azercell-in məhkəməyə müraciət etmək və Azerfon-la rabitəni bağlamaqdan başqa yolu qalmayıb. AİF sədri, “Multimedia” direktoru kimi dəfələrlə Azercell-i keyfiyyət və qiymətə görə tənqid etmişəm. Amma bu münaqişədə Azercell haqlıdır.RİTN-in haqlı olmayan tərəfi müdafiə etməsi Azərbaycana real təhlükə törədir. Bu məsələ investisiyalarla, sahibkarlığın inkişafı ilə, azad bazar yaraılması ilə, ədalət prinsipləri ilə bağlıdır. Sahibkar ədalət məsələsinə çox həssas yanaşır. Məlum oldu ki, münaqişə məhkəmədə davam edəcək.

Ədalətli qərar perspektivi görürsünüzmü?

 Burada iqtisadi məsələlər ikinci plana keçir. Birinci plana siyasi güclər çıxır - gördüyümüz kimi, haqsız tərəf yüksək dairələrdən dəstək aldı. Bizdə məhkəmələr azad olmadığı üçün ədalətli məhkəmə qərarı veriləcəyinə inanmıram. Eyni zamanda, hesab edirəm ki, bu mübarizə uzun çəkəcək. Səhv etmirəmsə, mayın ortalarında TeliaSonera şirkətinin icraçı direktoru Lars Niberq Bakıya gəlib prezident İlham Əliyevlə görüşdü. Məlumdur ki, Azercell bu qlobal korporasya ilə sıx bağlıdır. Niberqin səfərinin əsas məqsədlərindən biri Azərbaycanda 3G texnologiyalarının tətbiqi idi. Bu səfərdən sonra RİTN Azercell-i ayaqlayıb onun rəqibinə “yaşıl işıq” yandırsa, bu, qlobal qarşıdurmaya gətirib çıxaracaq. Bu, Azərbaycan hökumətinə yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, 3G və başqa texnologiyalarda bazar iştirakçılarına bərabər imkanlar yaratmaq lazımdır. Qoy bu mübarizədə yaxşı şirkət qalib gəlsin

BAKI/23.07.09/TURAN

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell hər iki şirkətin abunəçilərinə qarşı hörmətsizlik edir”

22-07-2009

“Azerfon” və “Azercell” abunəçilərinin bir-biri ilə rabitə əlaqəsi kəsilə bilər

21-07-2009

Azercell və Bakcell -ə 3G verilməsindən imtina ilə bağlı bəhanələr davam edir

04-08-2011

"Azercell" "Azerfon" MMC-ni məhkəməyə verib

20-09-2021

“RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür”

09-12-2009

“Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiasına baxılıb

26-08-2009

Mobil rabitə operatorlar arasındakı problem məhkəmədə həll olunacaq

22-07-2009

Azercell birtərəfli qaydada Azerfon ilə müqaviləni pozdu

05-04-2015

“Azercell Telekom” MMC bəyanat yayıb

05-06-2009

“Azercell” və “Azerfon ” arasındakı problem həll olundu?

28-07-2009

Ölkədə ilk operatorlar arası MMS xidmətinə start verildi

01-04-2010

Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010

İcraçı direktor “Azərfon”un “Azərcell”ə olan borc məsələsinə münasibət bildirib

23-07-2009

RİTN Azercell-ə 3G lisenziyasının verilməsində tərəddüd edir

16-12-2009

«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

22-01-2011

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009

"Bakcell" "Azercell"ə qalib gəldi

04-08-2011

Azercell-ə 3G lisenziya verildimi?

03-10-2011

Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

01-12-2009

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

11-12-2009

“Azerfon” 3G texnologiyasının tətbiqinə 20 mln. dollara qədər investisiya qoyub

02-12-2009

«Azerfon»la «Vodafone» arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

22-07-2009

Azerfon şəbəkəsinin əhatə dairəsini genişləndirir

30-07-2009

"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə