«Azerfon» şirkəti yeni rouminq sazişləri imzalayıb

24-02-2009 / 17:31

 Azərbaycanın mobil rabitə bazarında dirçəlməyə başlayan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) üç yeni beynəlxalq rouminq sazişi imzalayıb.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, yeni rouminq tərəfdaşları Tanzaniyanın «Vodacom Tanzania Ltd.», İndoneziyanın «PTNatrindo Telepon Seluler(Lippotel)» və Makaunun «Hutchison Telecom» operatorları olub.

Qeyd edək ki, hazırda «Azerfon» şirkətinin rouminq tərəfdaşlarının sayı 118-ə bərabərdir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.