Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib.
Xeberler.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında bildirilir.
Qeyd olunur ki, satış prosesinin tam təhlükəsiz, fasiləsiz və bərabər şəraitdə həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssislərinin sıx, vahid və əlaqəli fəaliyyəti sayəsində mümkün olub. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı əməkdaşlığı və hər bir qurumun öz istiqaməti üzrə göstərdiyi peşəkarlıq bu uğurun əsas təminatçısıdır.
"Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir.
Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində yeniliklər tətbiq edəcək.
Ölkəmizdə rəqəmsal xidmətlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması bundan sonra da davam etdiriləcək", - məlumatda qeyd olunub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları