Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.
İştirakçılar layihələr üzərində işləyərkən Claude, Google Colab, Hugging Face, Ollama, Gradio və Streamlit kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.
Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.
Hakatonun sonunda fərqlənən iştirakçılar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.







Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları