Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının keçirdiyi banklararası şahmat çempionatı başa çatıb.
Xeberler.az bildirir ki, 2016-cı ildən bəri artıq 9-cu dəfə keçirilən çempionatda bu il 13 bankdan 50-yə yaxın nümayəndə yarışıb. ABB-ni bu yarışda Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli, Fiziki kanallar və əməliyyat sahəsinin aparıcı proqramçısı Rəsul Əfəndiyev, Korporativ və KOS məhsullar sahəsinin proqramçısı Mehdi Məmmədov təmsil edib.
Komanda hesabında ABB bu il də çempionatın qalibi olub, növbəti 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Yelo Bank və Ziraat Bank qərarlaşıb. Şəxsi hesabda isə ABB-nin Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı birinci yerə çıxıb. 2-ci yeri ABB-nin Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli qazanıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları