İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrində yaxından iştirak edən ABB bu istiqamətdə daha bir addım atır. Bank Xankəndi şəhərində özünün yeni Çağrı Mərkəzini qurur.
Mərkəzin yaradılmasında məqsəd müştərilərlə fasiləsiz kommunikasiyanın təmin olunması, ABB-nin bəzi struktur bölmələrinin regionlara transferi, eləcə də Qarabağda sosial-iqtisadi inkişafın dəstəklənməsi, regionda məşğulluğun artırılmasıdır.
Çağrı Mərkəzində ilk mərhələdə 10 əməkdaş çalışacaq. Əməkdaşların işəqəbulu zamanı artıq Qarabağda daimi məskunlaşmış keçmiş məcburi köçkünlərə üstünlük veriləcək. ABB belə layihələr vasitəsilə regionda yerli kadrların inkişafını da dəstəkləməyi hədəfləyir. Çağrı Mərkəzi Xankəndi Biznes Mərkəzində fəaliyyət göstərəcək.
Qeyd edək ki, ABB Xankəndidə filial açmış ilk bank olub. Hazırda Bankın həm Xankəndidə, həm Şuşada filialları var.
ABB-nin Xankəndi şəhərindəki Çağrı Mərkəzində çalışmaq istəyən namizədlər mövcud vakansiyalara buradan müraciət edə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları