Xüsusi tənzimləmə rejimi çərçivəsində “Murabaha” mexanizmi üzrə maliyyələşdirmə məhsullarını müştərilərə təqdim etməyə başlayan ABB artıq bu istiqamətdə ilk anlaşmanı imzalayıb. Bankın “Murabaha” məhsulundan faydalanan ilk tərəfdaşı “Novco Group” şirkətidir.
“Murabaha” İslam maliyyə prinsiplərinə uyğun maliyyələşmə vasitəsidir. Məhsul sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanı yaradır. Belə ki, bu modeldə bank müştərinin ehtiyac duyduğu məhsulu satın alır və əvvəlcədən razılaşdırılmış qiymət əsasında müştəriyə satır. Qiymət və ödəniş şərtləri sonradan dəyişmir. Bankın gəliri isə müştəri ilə əvvəlcədən razılaşdırılmış ticarət marjası əsasında formalaşır.
ABB-nin “Murabaha” məhsulu bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. Şərtlərə gəldikdə minimal məbləğ 100 000 AZN (yaxud AZN ekvivalenti), maksimal məbləğ 5 milyon AZN-dir (yaxud AZN ekvivalenti). Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları