Ailə NET-dən daha təhlükəsiz və sərfəli internet üçün kampaniya

04-07-2016 / 15:24

Müasir fiber optik internet xidmətinə keçidin təşviqi məqsədilə Ailə NET abunəçilərinə geniş imkanlar təklif edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, indi 9 aylıq abunə haqqını öncədən ödəyən abunəçilər Ailə NET-dən Kaspersky antivirusu qazanacaq.

Abunəçilərə Kaspersky İnternet Security kartı təqdim olunacaq. Həmin kartla hazırkı Kaspersky istifadəçiləri 1 il, yeni Kaspersky istifadəçiləri isə 8 ay tam funksional antivirus xidmətindən istifadə edə biləcək.

Yeni Kaspersky istifadəçiləri hədiyyə kartı əldə etdikdən sonra buradan antivirus proqram təminatını yükləməlidirlər.

Hədiyyə Kaspersky İnternet Security kartı 2 cihaz üçün nəzərdə tutulub və bir-neçə əməliyyat sistemini dəstəkləyir.

Kampaniya 31.08.2016 tarixindək keçərlidir.

Bundan əlavə, hədiyyə Kaspersky İnternet Security kartı əldə edən, Ailə NET abunəçilərinin 31.07.2016 tarixindək planşet və ya smartfon da qazanmaq imkanları var. Bunun üçün buraya daxil olmaq tələb olunur.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə