Ailə TV-dən rəqəmsal yayım abunəçilərinə yenilik

09-09-2015 / 15:38

Ailə TV rəqəmsal yayım abunəçiləri izləmək istədikləri telekanalları özləri müəyyənləşdirə biləcək. Bunun üçün Ailə TV abunəçilərinin ixtiyarına “Fərdi seçim” paketi təqdim olunur.

Caspian Telecom-un mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə,  fərdi seçim paketində müxtəlif mövzuları əhatə edən 70 telekanal möcvuddur ki, həmin 70 telekanaldan abunəçi istədiyi 12 telekanalı seçə bilər.

Fərdi istəyə görə seçilmiş 12 əlavə telekanala aylıq abunə 5 AZN təşkil edir.

Fərdi seçim paketinə daxil olan telekanalları aile.tv saytından sifariş vermək mümkündür. Abunəçilərin rahatlığı üçün, saytın QOŞUL bölməsində xüsusi onlayn sifariş forması hazırlanıb.

Bundan əlavə yeni paketi Ailə TV filiallarında da aktivləşdirmək olar. Bunun üçün abunəçi qeydiyyəatda olduğu Ailə TV filialına yaxınlaşaraq müvafiq sifariş blankını doldurmalıdır.

Qeyd edək ki, rəqəmsal yayım abunəçiləri yalnız bir əlavə paketə abunə ola bilərlər. Bu o deməkdir ki, HD və Fərdi seçim paketlərinə eyni zamanda abunə mümkün deyil.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə