Previous Next
Bağla

Almaniya Azərbaycan tərəfinə üzrxahlıq edib

01-04-2025 08:44
Almaniya Azərbaycan tərəfinə üzrxahlıq edib

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Məktubu təqdim edirik:

"Hörmətli Hikmət Hacıyev.

Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Almaniya Daxili İşlər Nazirliyinə kiberhücum edilib

18-12-2024

“Bloomberg” Azərbaycan prezidenti ilə bağlı yol verdiyi yanlışlığa görə üzr istəyib

18-02-2011

Almaniya jurnalistləri rəsmən gizli şəkildə güdə biləcək

17-06-2021

Almaniya-Azərbaycan matçının biletləri internetdə

20-06-2010

Almaniya ABŞ-nin Ay proqramına qoşuldu

16-09-2023

Hakerlər Almaniya Bundestaqının daxili şəbəkəsinə hücum edib

16-05-2015

Almaniyada məmurlara “iPhone”dan istifadə qadağan edilib

25-11-2013

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015

Almaniya Bakutel-2018-də iştirak edəcək

14-02-2018

“Facebook hakim mövqeyindən sui-istifadə edir”

21-12-2017

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Avstraliya və Almaniya kosmik sahədə əməkdaşlığı gücləndirir

26-03-2026

Vikipediya alman arxivindən 100 min tarixi şəkil əldə edib

09-12-2008

Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib

25-04-2026

Prezidentin mətbuat xidmətindən “Wikileaks”da yazılanlarla bağlı açıqlama

30-11-2010

Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır

20-07-2025

Almaniya çip istehsalına 2 milyard avro sərmayə yatıracaq

29-11-2024

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Mətbuat Şurası: "Deutsche Welle"nin ermənipərəst mövqeyi yolverilməzdir

31-03-2025

Windows 10 araşdırılır

27-08-2015

İnternetin sürətində böyük artım

09-09-2015

Polşa Ukrayna üçün “Starlink” sisteminin bağlanmasını təkzib edib

26-08-2025

MEDİA: Məlumat yayarkən rəsmi mənbələrə istinad edin

24-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə