Previous Next
Bağla

Almaniya Bakutel-2018-də iştirak edəcək

14-02-2018 11:00
Almaniya Bakutel-2018-də iştirak edəcək

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) görüş keçirilib.

Xeberler.az bildirir ki, nümayəndə heyətinin tərkibinə Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann daxildir. Görüşdə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edib.

Almaniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin Azərbaycana investisiya yatırmasına cəlb olunması, “Azərbaycan-Almaniya informasiya-kommunikasiya texnologiyaları Forumu”nun təşkili, beynəlxalq avtomobil daşımaları və İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi kimi bir çox məsələlər görüşün müzakirə mövzusu olub.

Qonaqları salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçılarının səfərləri əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bildirilib ki, Almaniya ilə tranzit trafik ötürülməsi, radio və televiziya yayımı, nanotexnologiyalar, beynəlxalq sərnişin və yük daşımaları, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq edilir.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında müvafiq sənədlər imzalanmalı, həmçinin İKT şirkətlərinin təmsil olunduğu biznes forum keçirilməlidir. Bakutel-2018 sərgisində Almaniyanın milli pavilyonla təmsil olunmasının zəruriliyini qeyd edən nazir, işgüzar biznes forumun təşkilinin də faydalı olacağını vurğulayıb.

Görüşdə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelen bildirib ki, rəhbəri olduğu qurum 1952-ci ildə təsis edilib və Rusiya, Mərkəzi-Şərqi Avropa, Cənub-Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionları ilə əməkdaşlıqda maraqlı olan şirkətləri özündə birləşdirir. O qeyd edib ki, komitənin əsas məqsədi, üzv şirkətlərin ticarət, sənaye, investisiya və xidmət sektorundakı fəaliyyətlərini təşviq etməkdən ibarətdir. O, həmçinin qeyd edib ki, bir sıra, biznes forumların, təqdimatların keçirilməsində, habelə komitə tərəfindən dərc olunan jurnalda Azərbaycan iqtisadiyyatı barədə məqalələrin dərc edilməsində, eləcə də ölkəmizin mütəxəssisləri üçün ixtisasartırma kurslarının təşkilində komitə ilə sıx əməkdaşlıq edilir.

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının sədri Falko Heidriç alman iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviq edilməsinin vacibliyini bildirib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

23-11-2021
Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

12-10-2018
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019
Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018
Nazirlik sammitdə iştirak etdi

Nazirlik sammitdə iştirak etdi

29-05-2018
“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019
İranla İKT sahələrində müzakirələr olunub

İranla İKT sahələrində müzakirələr olunub

31-07-2018
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018
Prezident: “Peykimiz  əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödəyir”

Prezident: “Peykimiz əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödəyir”

13-02-2018
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər

Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər

03-06-2025
 Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017
Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

19-11-2025
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə