Google mobil əməliyyat sistemi Android-in yeni versiyası Android 6.0 Marshmallow gələn aylarda yeni Nexus modelləri ilə birlikdə təqdim olunacaq.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Android-in yeni versiyasında bir çox funksiyalar əlavə olunub.
Google iyun ayında keçirilən “İ/O” konfransında Android 6.0 Marshallow əməliyyat sisteminin funksiyaları haqqında ətraflı məlumat verib. Belə ki, sistemin ilkin versiyasında yeni funksiyalar aşkarlanıb.
Android 6.0 Marshallow sisteminin ən yaxşı 6 funksiyasını təqdim edirik:
Android Pay
Google Apple Pay və Samsung Pay kimi mobil ödəmə tətbiqlərinə qarşı Android Pay tətbiqini tədim edib.
Android Pay rəqiblərindən fərqli olaraq bəzi üstünlüklərə sahibdir. Belə ki, Apple və Samsung-un mobil ödəmə tətbiqlərində ancaq telefon və servis xidmətləri ilə ödəmə etmək mümkündür. Android Pay ilə isə 700 mindən çox mağazada alış-veriş etmək mümkün olacaq.
Google Now on Tap
Google Now, istifadəçinin davranışlarını və maraqlarını araşdıran və istifadəçiləri məlumatla təmin edən virtual tətbiqdir. Google Now “steroid” rejimindən istifadə edərək məlumatları əldə etmək mümkündür.
Google Now bir çox saytlarda, sizi maraqlandıran məlumatları göstərir. Məlumatın üzərinə toxunduğunuzda, musiqili videolara baxarkən həm də video sənətçisi haqqında məlumat verəcək.
Tətbiq icazələri
Android Marshmallow-da kameradan mikrofona kimi hər bir tətbiq üçün fərdi icazə veriləcək. İstifadəçi tətbiqi müəyyən bir müddət istifadə etdikdən sonra tətbiqdə icazə verdiyi bir hissəni ləğv edə biləcək.
Barmaq izi oxuyucusu
Android Marshmallow-da yeni Android Pay ilə inteqrasiya olacaq olan barmaq izi xüsusiyyəti ödəmə əməliyyatlarında təhlükəsizlik istifadə ediləcək. Android 6.0 ilə barmaq izi identifikasiyası sistemi smartfon istehsalçıları üçün çox daha asan və etibarlı olacaq.
Barmaq izi identifikasiyası brauzerləri də dəstəkləyəcək. Yeni barmaq izi oxuyucusu ilə Google Play üzərindən tətbiq yükləmək və ya e-ticarət saytlarından barmaq izi ilə alış-veriş edə biləcəksiniz.
Doze
Google, Android 6.0 Marshmallow-lu smartfonlar üçün enerjiyə qənaət rejimi təqdim edəcək. Doze deyilən batareya qənaət xüsusiyyəti, telefonun yuxu rejimində arxa planda işləyən tətbiqlərini dayandıracaq. Google-un məlumatına görə, Doze rejimi Nexus 9-un batareya ömrünü iki qat artıracaq.
Sadələşdirilmiş səs idarəedicisi
Google sadələşdirilmiş səs idarəedicisini Android 5.0 Lollipop-da təqdim etsə də Marshmallow-da bu mərkəzi səs idarələri ilə bağlı daha çox yenilik olacaq. Yeni səs idarələri istifadəçilərin fərdi tətbiqlərdə musiqi və siqnalların səs səviyyəsini nizamlamasına imkan yaradacaq.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri