Apple avtomobil söz-söhbətləri güclənir

17-02-2015 / 10:58

"Wall Street Journal"-ın yayımladığı yeni  xəbər son günlərdə texnologiya dünyasının gündəmini məşğul edən Apple avtomobil söz-söhbətlərini gücləndirib.

Apple-ın avtomobil sektoruna da girməyi planlaşdırdığı və ilk avtomobili üzərində çalışdığı haqqındakı söz-söhbətlər aylardır texnologiya dünyasının gündəmini zəbt etmiş olsa da, son günlərdə bu söz-söhbətlər daha da güclənib və şirkətin ilk avtomobili üzərində çalışmaqda olduğu demək olar ki, dəqiqləşib.

Texnologiya yazarı Bryan Çaffinin Apple çalışanlarıyla etdiyi danışıqlardan sonra şirkətin 80 % ehtimalla ilk avtomobili üzərində çalışmaqda olduğunu bildirməsiylə yenidən texnologiya dünyasının gündəminə gələn Apple avtomobil söz-söhbətləri "Wall Street Journal" tərəfindən verilən yeni bir xəbərlə daha da güclənib.

"Wall Street Journal"a məlumat verən Apple-a yaxın qaynaqlar yüzlərlə Apple əməkdaşının təxminən 1 ildir elektrikli avtomobil üzərində çalışdığını dilə gətiriblər. Şirkətin ötən il ərzində Mercedes, Ford və Tesla Motors kimi avtomobil firmalarının idarə heyətindən adları tərkibinə qatması Apple avtomobil iddialarını daha da dəqiqləşdirib.

Apple avtomobil söz-söhbətləri avtomobil maraqlılarını çox həyəcanlandırsa da, belə böyük bir layihənin illərcə istehsal mərhələsində qalacağını və avtomobilin ilk prototipinin ən az iki-üç il sonra təqdim olunacağını unutmamaq lazımdır.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə