Previous Next
Bağla

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025 12:57
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

İyunun 3-4-də Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti əsasında ölkəmizdə səfərdədir.

Xeberler.az məlumat verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Ülvi Mehdiyev tərəflər arasında inkişaf edən əməkdaşlıq mühitindən məmnunluğunu və “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını ifadə edib. Həmçinin tərəflər arasında imzalanacaq əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

Seneqallı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, “ASAN xidmət”in dövlət xidmətləri istiqamətində peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Həmçinin əməkdaşlıq sənədi nəticəsində bu təcrübənin tezliklə Seneqalda tətbiqi ilə bağlı işlərin sürətləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Qonaqlar “ASAN xidmət” mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

Seneqal Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

Seneqal “ASAN xidmət” modelini dövlət idarəçiliyi sahəsində tətbiq edəcək

03-06-2025

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

26-09-2025

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

"ASAN xidmət" ilə Seneqal arasında Anlaşma Memorandumu təsdiqlənib

23-07-2025

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

30-07-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024

Braziliyanın nümayəndə heyəti “ASAN xidmət”də olub

13-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə