Previous Next
Bağla

Osman Gündüz: “Rəqəmsal məktəb” artıq AI platformasına çevrilir

21-05-2026 17:08
Osman Gündüz: “Rəqəmsal məktəb” artıq AI platformasına çevrilir

Azərbaycanda təhsildə süni intellektin tətbiqi istiqamətində yeni mərhələ başlayır. “Rəqəmsal məktəb” platforması artıq AI əsaslı təhsil ekosisteminə çevrilməkdədir.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial media paylaşımında bildirib.

Ekspert qeyd edib ki, müəllimlər artıq tədris prosesində real olaraq süni intellekt alətlərindən istifadə etməyə başlayıblar. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi son dövrlər süni intellektin praktik tətbiqi baxımından ölkədə ən sistemli çalışan dövlət qurumlarından birinə çevrilib.

Osman Gündüz bildirib ki, “Rəqəmsal məktəb” platforması üzərindən müəllim, şagird, valideyn və məktəb rəhbərliyi üçün AI əsaslı müxtəlif rəqəmsal xidmətlər formalaşdırılır.

Platformada müəllim və şagirdlər üçün təqdim olunan alətlər sırasında Google şirkətinin Gemini və NotebookLM platformaları da yer alır. Bu alətlər dərs planlarının hazırlanması, mövzuların izahı, test və tapşırıqların yaradılması, həmçinin müəllim materialları əsasında fərdiləşdirilmiş resursların hazırlanmasına imkan yaradır.

Bundan əlavə, Google Classroom, Docs, Forms, Drive və Meet kimi xidmətlər vasitəsilə tədris və idarəetmə prosesləri vahid mühitdə təşkil olunur.

Ekspertin sözlərinə görə, Microsoft Copilot platforması da müəllimlər üçün lokallaşdırılıb və kurikulum əsaslı AI köməkçisi kimi istifadəyə verilib. Sistem müəllimlərə qiymətləndirmə, test, rubrika və metodik materialların hazırlanmasında dəstək göstərir.

Paylaşımda qeyd olunub ki, Presight və G42 ilə əməkdaşlıq çərçivəsində müəllimlər üçün xüsusi “Rəqəmsal Köməkçi” AI agenti də hazırlanıb. Osman Gündüz bu sistemi test etdiyini və onun lokal təhsil sisteminə uyğunlaşdırılmış peşəkar AI dəstək modeli olduğunu bildirib.

Ekspert hesab edir ki, “Rəqəmsal məktəb” platformasında müəllim üçün AI köməkçisi, şagird üçün fərdiləşdirilmiş öyrənmə, valideyn üçün şəffaf monitorinq, məktəb rəhbərliyi üçün isə analitika və idarəetmə imkanlarının yaradılması ölkədə təhsil sahəsində mühüm yenilikdir.

O vurğulayıb ki, Elm və Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi platformanı davamlı inkişaf etdirə və AI modellərini təkmilləşdirə bilsə, Azərbaycanda milli AI əsaslı böyük təhsil platforması formalaşa bilər.

Osman Gündüz Elm və Təhsil Nazirliyinin süni intellektin təhsildə tətbiqi istiqamətində atdığı praktik addımları təqdirəlayiq hesab edib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

09-04-2026

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

21-04-2026

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

19-05-2026

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026

Azərbaycanda Bilik Günüdür

15-09-2016

Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

18-09-2021

Ekspert: Milli təhsil platforması yaradılmalıdır

18-04-2021

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015

Təhsilin rəqəmsallaşdırılması ilə bağlı brifinq keçirilib

24-02-2026

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə