Previous Next
Bağla

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

26-09-2025 11:54
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qarşı tərəflərin müraciətləri əsasında Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov və Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Qırğız səfiri “ASAN xidmət” modelinin fəaliyyətinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin ölkəsində tətbiqində maraqlı olduğunu qeyd edib.

Eyni zamanda, qarşı tərəf kiçik və orta ailə bizneslərinin inkişafına yönəlmiş “ABAD” təcrübəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb.

Kolumbiya səfiri ilə görüş zamanı bu ilin fevral ayında Dubay şəhərində keçirilmiş Dünya Hökumətlər Sammitində Dövlət Agentliyi ilə Kolumbiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumu arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub. Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Kolumbiyada tətbiqi istiqamətində həyata keçirilən əməkdaşlığın sürətləndirilməsi üçün dəstəyə hazır olduğunu qeyd edib.

Qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

Venesuela səfiri “ASAN xidmət”də olub

16-04-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025

“ASAN xidmət”in Pakistanda tətbiqi müzakirə olunub

03-03-2025

İraqın rabitə naziri "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub

04-12-2025

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

30-07-2025

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

10-07-2025

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025

Braziliyanın nümayəndə heyəti “ASAN xidmət”də olub

13-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə