Previous Next
Bağla

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

22-05-2026 19:19
İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Code Academy”-nin tərəfdaşlığı ilə Elm və Təhsil Nazirliyinin “Elm  və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində layihəsi üzrə təlimlər təşkil olunub.

Layihə çərçivəsində 19-20 may tarixlərində 30 nəfərlik pedaqoji heyət üçün “Training of Trainers (ToT)” formatında təlim proqramı keçirilib. Təlimlər Nəriman Əliyevin rəhbərliyi ilə keçirilib. Təlimin ilk günü iştirakçılara informasiya təhlükəsizliyi üzrə nəzəri biliklər təqdim olunub, ikinci gün isə praktiki tapşırıqlar və tətbiqi məşğələlər həyata keçirilib.

Xeberler.az bildirir ki, təlimin açılış mərasimində AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək, müəllimlərin informasiya təhlükəsizliyi sahəsində məktəblilərin maarifləndirmədə rolunun vacibliyini vurğulayıb. O bildirib ki, kibermədəniyyətin məktəb səviyyəsindən formalaşdırılması gələcək nəsillərin rəqəmsal təhlükəsizlik bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bağlanış mərasimində isə AKTA-nın baş katibi Fidan Əhmədova layihənin müəllimlərin peşəkar inkişafına və kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişlənməsinə töhfə verdiyini qeyd edib. Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimlər “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi çərçivəsində müəllimlərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də bu biliklərin məktəblərdə daha geniş auditoriyaya ötürülməsi məqsədilə təşkil olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Kibertəhsil və süni intellekt" mövzusunda şəbəkələşmə görüşü keçirilib

"Kibertəhsil və süni intellekt" mövzusunda şəbəkələşmə görüşü keçirilib

15-09-2026
“Cyber Summer School 2026”da təlimlər davam edir

“Cyber Summer School 2026”da təlimlər davam edir

08-07-2026
Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

30-12-2025
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü olub

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü olub

09-10-2026
Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

02-10-2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

03-08-2023
AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

25-06-2026
V “Cyber Summer School 2026” kiber düşərgəsi başa çatıb

V “Cyber Summer School 2026” kiber düşərgəsi başa çatıb

11-07-2026
“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025
Regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

22-09-2026
AKTA UNEC-də seminar təşkil edib

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026
BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

09-09-2022
İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə  beynəlxalq sertifikat veriləcək

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020
Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

30-04-2026
Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

30-09-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə