Azərbaycanın "ASAN xidmət" modeli ilə dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb.
Xeberler.az məlumat verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Xankəndidə "SOCGOV 2026" beynəlxalq forumunda deyib.
O bildirib ki, hazırda 52 dövlət Azərbaycanla əməkdaşlıq çərçivəsində bu modelin təcrübəsini öyrənir:
"Model əsasında dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb və həmin mərkəzlər 800 milyona yaxın insana xidmət göstərir. "ASAN xidmət" modelinin əsas məqsədi bütün vətəndaşlar üçün əlçatan və şəffaf xidmətlərin təmin edilməsi, heç kimin kənarda qalmaması prinsipinin həyata keçirilməsidir. Qeyd olunan göstəricilərə əsasən, dünya əhalisinin təxminən 10 faizi bu model əsasında fəaliyyət göstərən xidmət mərkəzlərinin əhatə dairəsindədir. Görülən işlərin və əldə olunan nəticələrin real vaxt rejimində təhlili xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün yeni imkanlar yaradır. Vətəndaşların gözləntiləri, müraciətləri, şikayətləri və təşəkkürlərinin rəqəmsal mühitdə təhlil edilməsi mümkün problemlərin vaxtında müəyyənləşdirilməsinə və aradan qaldırılmasına şərait yaradır"
Ü.Mehdiyev bu yanaşmanın biznes proseslərinin optimallaşdırılmasına, xidmətlərin daha səmərəli təşkilinə və nəticə etibarilə vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyini vurğulayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları