Avstraliya və Almaniya kosmik sahədə əməkdaşlığı gücləndirir

26-03-2026 / 08:59

Avstraliya və Almaniya təhdidlər üçün erkən xəbərdarlıq sisteminin inkişafını əhatə edəcək kosmik müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaqlar.

Xeberler.az ABC-yə istinadən məlumat verir ki, sənədin Almaniyanın müdafiə naziri Boris Pistoriusun Avstraliyaya səfəri zamanı imzalanması planlaşdırılır.

Telekanalın məlumatına görə, tərəflər həmçinin iki ölkənin hərbi qulluqçularının bir-birinin ərazilərində fəaliyyətini sadələşdirəcək qüvvələrin statusu haqqında saziş bağlamaq niyyətindədirlər. Qeyd olunur ki, kosmik müdafiə sahəsindəki razılaşma Kanberra və Berlinə Rusiya və Çindən gələn təhdidləri müəyyən etmək üçün kosmosda erkən xəbərdarlıq sistemlərini birgə inkişaf etdirməyə imkan verəcək.

"Orada nə baş verdiyini anlamalıyıq. Öz sistemlərimizi qorumağın yeganə yolu budur", - Pistorius bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə