Previous Next
Bağla

NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir

19-03-2026 18:20
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycanda gənc xanımların təhsilini, peşəkar inkişafını və liderliyini dəstəkləmək məqsədi ilə, PARLA Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramını 3-cü qrup ilə davam etdirir. Üçüncü mərhələ akademik nailiyyətlər və sosial-iqtisadi meyarlar əsasında keçirilmiş yüksək rəqabətli seçim prosesi nəticəsində müəyyən olunmuş 50 istedadlı universitet tələbəsini bir araya gətirir. Bu qrupun əlavə edilməsi ilə PARLA icması  bugünkü qlobal mühitdə uğur qazanmaq üçün bacarıqlara, özünəinam və imkanlara malik istedadlı gənc xanımların böyüyən bir şəbəkəsi kimi genişlənməyə davam edir.

Üçüncü mərhələnin iştirakçıları məzun olana qədər aylıq maliyyə dəstəyi alacaq, eyni zamanda hərtərəfli inkişaf proqramına çıxış əldə edəcəklər. İnkişaf proqramına ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq, NEQSOL Holding-in şirkətlərində təcrübə imkanları, həmçinin NEQSOL Academy vasitəsilə rəqəmsal təhsil resursları daxildir. Proqram real iş təcrübəsinə və uzunmüddətli karyera hazırlığına xüsusi önəm verərək iştirakçıların təhsildən peşəkar həyata inamla keçidini təmin edir.

PARLA proqramı təsis edildiyi gündən etibarən birinci və ikinci qruplar üzrə 100 xanım tələbəyə dəstək göstərilib. Bu günə qədər proqrama qəbul edilmiş 150 iştirakçıdan 41 nəfəri proqramı uğurla bitirib və onların əksəriyyəti təcrübə və ya tam ştatlı işlə təmin olunub. Bundan əlavə, bəzi məzunlar proqramı bitirdikdən sonra təhsillərini xaricdə davam etdirirlər. Bu nəticələr PARLA-nın akademik təhsili praktik karyera imkanları ilə əlaqələndirməkdə və gənc xanımların əmək bazarına uğurlu keçidini dəstəkləməkdə effektivliyini əks etdirir.

“Proqramın uğuru gənc xanımların bacarıqlarını inkişaf etdirmək, peşəkar şəbəkələrini genişləndirmək və özlərinə inam qazanmaq üçün dəstəkləyici ekosistemin yaradılmasının nə qədər vacib olduğunu göstərir. PARLA vasitəsilə istedadlı tələbələrə gələcək karyeralarını formalaşdırmağa və təhsildən peşəkar mühitə uğurla keçid etməyə kömək edəcək təlimlər, mentorluq, təcrübə və digər praktik imkanlar təqdim edirik,” deyə NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə bildirib.

“PARLA gənc xanımların ali təhsilə çıxışının genişləndirilməsində və onların potensiallarını reallaşdırmasında mühüm rol oynayır. Maliyyə dəstəyi ilə yanaşı, proqram iştirakçıların şəxsi inkişafı üçün imkanlar yaradır, onlara yeni bilik və bacarıqlar qazanmağa və peşəkar şəbəkələrə inteqrasiya etməyə imkan verir. Bu kimi təşəbbüslər uzunmüddətli perspektivdə ölkənin insan kapitalının gücləndirilməsinə töhfə verir,” deyə Təhsilin İnkişafı Fondunun Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Rəsul Həşimov bildirib.

2024-cü ildə yaradılan PARLA proqramı gənc xanımların inkişafı üçün güclü bir platformaya çevrilib. Təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə 2025-ci ildə proqram Böyük İşəgötürənlər üçün Stevie® qızıl və gümüş mükafatları qazanaraq beynəlxalq səviyyədə tanınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

10-03-2025

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021

Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

17-04-2025

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding 2026 BEST Award mükafatına layiq görülüb

12-03-2026

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

17-03-2026

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə