“Sosial məlumatların idarə edilməsi mexanizmi” mükafata layiq görülüb

23-03-2026 / 19:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial məlumatların idarə edilməsi mexanizmi” layihəsi Sinqapurun “GovInsider” təşkilatının “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib.

Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən 270 layihənin iştirak etdiyi müsabiqədə layihə “Digital Society Award” kateqoriyası üzrə “Special Mention” mükafatına layiq görülüb.

Layihə nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi əsasında qurulan innovativ idarəetmə modelini, sosial məlumatların inteqrasiyası və analitik əsaslı qərarvermə mexanizmlərini özündə ehtiva edir. Həmin model sosial xidmətlərin operativliyini artırmaqla yanaşı, şəffaflığın və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

“Festival of Innovation Awards” dövlət sektorunda innovativ təşəbbüslərin, rəqəmsal transformasiya layihələrinin və vətəndaşyönümlü dövlət xidmətlərinin təşviqinə xidmət edən nüfuzlu beynəlxalq platformalardan biridir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə