“Azərkosmos” və Özbəkistanın “Stars International University” arasında Anlaşma Memorandumu imzalanıb.
Xeberler.az məlumat verir ki, bu memorandum iki ölkə arasında təhsil, elmi tədqiqat və kosmik sahənin inkişafı istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığı artırmaq məqsədini daşıyır.
Anlaşma Memorandumu, həmçinin kosmik sahədə təcrübə və bilik mübadiləsi, İKT sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişafını təmin etmək üçün imzalanıb. Bu razılaşma çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdə tutulur.
Tərəflər təhsil üzrə əməkdaşlıq və kadr hazırlığı - kosmik və İKT sahələrində yüksəkixtisaslı kadrların hazırlanması və təhsil sahəsində birgə təşəbbüslərin inkişafı, eləcə də elmi-tədqiqat və akademik əməkdaşlıq - elmi tədqiqatların aparılması və yeni akademik layihələrin həyata keçirilməsi, universitetin təhsil üzrə rəqəmsal platformalarından istifadə - təhsil sahəsində yeni rəqəmsal texnologiyalar və platformaların istifadəsi, “Azərkosmos”un təlim və məsləhət xidmətlərinin Özbəkistanda təşviqi - “Azərkosmos”un təcrübə və biliklərini Özbəkistana gətirərək yerli tələblərə uyğun təlim və məsləhət xidmətlərinin təmin edilməsi, telekommunikasiya, Yerin müşahidəsi xidmətləri və teleport infrastrukturundan istifadə - kosmik texnologiyaların ticarət və kommersiya sahələrində istifadəsi, yerin müşahidəsi və telekommunikasiya xidmətlərinin birgə inkişafı sahələrində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, imzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi ilə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC zamanı “Azərkosmos” 10-a yaxın Anlaşma Memorandumu imzalayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları