Previous Next
Bağla

AYİB "Aztelekom"a regionların sürətli internetlə təmin olunması üçün kredit ayırdı

22-12-2022 17:09
AYİB "Aztelekom"a regionların sürətli internetlə təmin olunması üçün kredit ayırdı

Dekabrın 22-də “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb.

Sözügedən kredit müqaviləsini “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıblar.

Klaus Müller Azərbaycanın regionlarında təxminən 280 mindən çox ev təsərrüfatına ən müasir genişzolaqlı infrastrukturun tətbiqinə AYİB-in göstərdiyi dəstəyi yüksək qiymətləndirərək bildirib: “Ölkəni əhatə edən genişzolaqlı internet şəbəkəsinin qurulması üçün hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru olan “Aztelekom” MMC-yə AYİB-in dövlət zəmanəti olmadan kredit ayırması müsbət haldır. “Aztelekom” AYİB-in kreditorların qiymətləndirilməsinə dair mürəkkəb hüquqi ekspertiza prosesindən uğurla keçib. Bununla da maliyyə sağlamlığı, təhlükəsizlik, ekologiya, gender bərabərliyi və digər bu kimi sahələrə dair bankın ciddi tələblərinə cavab verərək ölkədə və regionda AYİB ilə kredit müqaviləsinin imzalanmasına nail olmuş azsaylı şirkətlərdən biri olub. Bu fakt özlüyündə 2021-2022-ci illərdə şirkətdə aparılan korporativ idarəetmə islahatlarının müsbət nəticəsinin bariz göstəricisidir”.

Qeyd edək ki, “Aztelekom” cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, “Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz interneti təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.

Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır.

Layihə çərçivəsində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması nəzərdə tutulur. Bu texnologiya mühüm dərəcədə internet xidmətinin keyfiyyətini yaxşılaşdırır, eləcə də İPTV və digər əlavə xidmətlər göstərməyə imkan yaradır.

Məlumat üçün bildirək ki, layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

“Aztelekom” 300-dən çox əməkdaşını fiber-optik kabel çəkilişi üzrə təlimlərə cəlb edəcək

12-09-2023

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

23-09-2024

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

18-05-2012

Nazir Ramin Quluzadə AYİB-in nümayəndələri ilə videokonfrans formatında görüşüb

17-06-2020

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

Gələn il Azərbaycanda keyfiyyətli internet problemi tam həllini tapacaq

06-11-2023

"İnternet provayderlərinin şikayətləri əsassızdır"

15-12-2022

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə