Previous Next
Bağla

“Aztelekom” 300-dən çox əməkdaşını fiber-optik kabel çəkilişi üzrə təlimlərə cəlb edəcək

12-09-2023 20:06
“Aztelekom” 300-dən çox əməkdaşını fiber-optik kabel çəkilişi üzrə təlimlərə cəlb edəcək

Müştəri məmnuniyyətini artırmaq, müasir tələblərə cavab verən məhsul və xidmətlər təqdim etmək üçün əməkdaşların təlimlərə cəlb olunması məqsədilə “Aztelekom” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında memorandum imzalanıb. Təlim proqramı çərçivəsində “Aztelekom” işçilərinin fiber-optik kabel çəkilişi sahəsində bacarıqlarının artırılması nəzərdə tutulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkədə müasir innovasiyaların yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in istiqamətlərindən biridir. “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC strategiyanın həyata keçirilməsinə xidmət edən, dövlət-özəl sektor modelinə əsaslanan “Onlayn Azərbaycan” layihəsinin icraçıları sırasındadır.

Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) və digər texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. Mövcud ADSL avadanlığının GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun fiber-optik kabellərlə əvəzlənməsi və fiber-optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Bu da həmin sahədə çalışan əməkdaşların yeni bilik və bacarıqlar əldə etməsi zərurətini yaradır. “Aztelekom” “Biz öyrənirik və böyüyürük” dəyərinə sadiq qalaraq yeni texnologiya ilə bağlı davamlı təlimə innovativ yanaşma sərgiləyir.

Təlimin ilkin mərhələsi “Aztelekom”da çalışan 300-dən çox kabel lehimləyicidən 25 nəfəri əhatə edəcək. Həmin şəxslərə fiber-optik kabel çəkilişi üçün tələb olunan zəruri bilik və bacarıqları aşılayan ikiaylıq intensiv proqram keçiləcək.

Nəzəri və praktiki təlimlərdən ibarət proqramı uğurla başa vuran iştirakçılara “Fiber-optik kabel çəkilməsi” üzrə dövlət nümunəli sertifikat təqdim olunacaq.

“Məqsəd əməkdaşların yeni bacarıq və səriştələr qazanmasını təmin etməkdir. Bu təşəbbüs daim dəyişən iş mənzərəsinə, fərdlərin öz karyeralarında rəqabətədavamlılığını və uyğunlaşma qabiliyyətini saxlamaq üçün yeni bacarıqlar əldə etmə ehtiyacına proaktiv cavabdır”, – deyə “Aztelekom”un baş direktorunun müşaviri Fəxri Qurbanov memorandumun imzalanmasına dair mətbuat konfrasında bildirib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini Ceyhun Kərəmov isə qeyd edib ki, ixtisasartırma təlimlərinin keçirilməsi peşə təhsili sisteminin əsas elementlərindən biridir: “İxtisasartırmaya ehtiyac texnologiyanın sürətlə inkişaf etdiyi sahələrdə özünü daha çox göstərir. Hazırda müxtəlif sənaye sahələrindən olan tərəfdaşlarımızla oxşar təşəbbüslər üzərində çalışırıq”, – deyə C.Kərəmov əlavə edib.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində 491 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,3 milyondan çox ev təsərrüfatı üçün genişzolaqlı internetə qoşulma imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49 faizini təşkil edir. Cari ilin sonuna kimi göstəricinin 55 faizə çatdırılması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024

Aztelekom kənd ATS-lərində fiber-optik kabel çəkilişini həyata keçirir

14-03-2012

AYİB "Aztelekom"a regionların sürətli internetlə təmin olunması üçün kredit ayırdı

22-12-2022

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

Gələn il Azərbaycanda keyfiyyətli internet problemi tam həllini tapacaq

06-11-2023

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024

“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

23-09-2024

Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

18-05-2012

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

17-07-2024

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

06-06-2024

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyətini artırır

04-08-2023

Ev təsərrüfatlarının 52 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

16-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə