Previous Next
Bağla

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024 18:58
“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini  yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Gəncə şəhərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib.

 Gəncə şəhərinin 90%-dən çox hissəsi yüksəksürətli internetlə əhatə olunub. Hazırda şəhər ərazisində 20 000-dək ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

 GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

 Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (Gəncə TKİ, ünvan: Gəncə şəhəri, Əhməd Cəmil küç.1,), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

 Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

 2021-ci ildən reallaşdırılan “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2.49 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 85%-ni təşkil edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024

Şamaxı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

05-07-2024

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

03-07-2024

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanıb

23-12-2022

Zaqatalada 7000-dən artıq evə yüksəksürətli internetə qoşulma imkanı yaranıb

08-09-2023

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

Laçında yüksəksürətli internetə qoşulma imkanı yaradılıb

24-07-2023

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə