“Azad Azərbaycan İnternational” (ATV İnternational) televiziya kanalının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, KİV nümayəndələri iştirak ediblər. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və MTRŞ sədri Nuşirəvan Məhərrəmli “ATV İnternational” kanalının fəaliyyətinə başlamasını əhəmiyyətli hadisə kimi qiymətləndirərək Azərbaycan haqqında obyektiv və hərtərəfli informasiyanın dünyaya çatdırılmasında bu kanalın müstəsna rol oynayacağı bildiriblər.
Qeyd edək ki, “ATV İnternational” tamaşaçılara 5 dildə - Azərbaycan, rus, ingilis, fars və erməni dillərində gündə 2 dəfə xəbərlər buraxılışı təqdim edir. Gündə bir neçə dəfə Azərbaycan barədə, onun mədəniyyət və incəsənətini təbliğ edən video-çarxlar nümayiş etdirilir.
“ATV İnternational” telekanalı Türksat peyki vasitəsilə 3a 11576 s/r 2590/horizontal ünvanında yayımlanır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri