Previous Next
Bağla

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024 09:42
Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

Sentyabrın 11-də Qazaxıstanın Almatı şəhərində “KazHackStan 2024” tədbiri çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə “Türk dünyasının rəqəmsal qalxanı: daha güclü təhlükəsizlik üçün tərəfdaşlıq” adlı panel müzakirəsi, habelə kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müzakirə olunduğu qapalı iclas baş tutub.

Xeberler.az bildirir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın aidiyyəti nümayəndələrinin iştirak etdiyi adıçəkilən panel müzakirələri və qapalı iclasda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov, baş katib Fidan Əhmədova, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev və Audit və komplayens şöbəsinin müdiri Elman Muradov iştirak edib.

Panel sessiyada çıxış edən AKTA sədri Elvin Balacanov və ETX-nin rəis müavini Elvin Şahverdiyev tərəfindən kibertəhlükəsizliyin təmin olunması, o cümlədən kibertəhdidlərə və kiberinsidentlərə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərə dair məlumat verilib. Habelə, TDT çərçivəsində kibertəhlükəsizlik sahəsində tərəfdaşlığın genişləndirilməsini şərtləndirən amillərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, TDT-yə üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin, həmçinin TDT-nin baş katibinin müavini Mirvohid Azimovun iştirakı ilə kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müzakirə olunduğu qapalı iclas baş tutub. Təqdimatların dinlənildiyi ilk hissədə, iclas iştirakçıları Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi, ölkəmizin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının əsas komponentləri, o cümlədən beynəlxalq reytinqlərdəki mövqeyimiz, habelə AKTA və ETX tərəfindən həyata keçirilmiş fəaliyyət barədə məlumatlandırılıb. Eləcə də, AKTA tərəfindən ölkəmizdə daha öncə təşkil olunmuş tədbirlər çərçivəsində baş tutmuş müzakirələr zamanı TDT-yə üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə nümayəndələr tərəfindən səsləndirilmiş təkliflər, həmçinin ETX ilə TDT-yə üzv dövlətlərin müvafiq qurumları arasında həyata keçirilən əməkdaşlığa dair məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclas iştirakçıları tərəfindən TDT çərçivəsində kibertəhlükəsizliyin daha effektiv və səmərəli şəkildə təmin olunması məqsədilə TDT-yə üzv və müşahidəçi dövlətlərin nümayəndələrindən ibarət müvafiq işçi qrupunun və birgə tərəfdaşlıq mexanizmlərinin yaradılmasının məqsədəuyğunluğu ifadə olunub.

Məlumat üçün qeyd olunmalıdır ki, 11-13 sentyabr tarixlərini əhatə edən “KazHackStan 2024” konfransı Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi və ölkənin, o cümlədən Mərkəzi Asiyanın ən böyük kibertəhlükəsizlik xidməti provayderlərindən biri olan TSARKA-nın təşkilatçılığı ilə baş tutur. Üç gün davam edən və minlərlə iştirakçısı olan tədbir çərçivəsində bir sıra panel müzakirələri, kibertəhlükəsizlik üzrə aidiyyəti mütəxəssislərin çıxışı, innovativ həll və texnologiyaların təqdimatı, eləcə də “KiberKümbəz” - komandalar şəklində kibertəhlükəsizlik sahəsində yarış həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

19-09-2025
Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub

Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub

12-09-2025
Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024
AKTA üç memorandum imzalayıb

AKTA üç memorandum imzalayıb

04-06-2026
ETX nümayəndələri “Cyber Security Summit 2025”də iştirak ediblər

ETX nümayəndələri “Cyber Security Summit 2025”də iştirak ediblər

13-10-2025
Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023
AMB və ETX əməkdaşlığı gücləndirir

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025
Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023
ETX və Texniki Universitetin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

ETX və Texniki Universitetin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

14-03-2025
"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025
ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

17-01-2025
ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

26-05-2026
ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026
AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

13-05-2026
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025
ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə