Previous Next
Bağla

Azərbaycan TV-də islahatlar başlayır

15-05-2020 14:55
Azərbaycan TV-də islahatlar başlayır

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

Xeberler.az bildirir ki, ümumrespublika televiziya kanallarının rəhbərlərinin imzaladığı bu razılaşma Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlandığını göstərir. «Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri  ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaqdır»-deyə Şuradan bildirilib. 

2020 – 2021-ci illərdə

Azərbaycanda televiziya industriyasının inkişafına

yönəlmiş fəaliyyətin həyata keçirilməsi üçün

A N L A Ş M A     

Tərəflər bu Anlaşma sənədi ilə Azərbaycan televiziya industriyasının əsas problemlərini belə müəyyən edirlər:

  1. Teleradio sahəsini tənzimləyən qanunvericilik aktlarında çoxlu sayda çatışmazlıqların, qeyri-dəqiqliklərin, köhnəlmiş və ya təkrarlanan, həmçinin, qeyri-müəyyən təfsirə malik bənd və anlayışların mövcudluğu;
  2. Ölkənin ümumi inkişaf səviyyəsinə uyğun olmayan, teleradio yayımçılarına maliyyə vəsaiti cəlb edərək rəqabətə davamlı məzmun (kontent) istehsalına imkan verməyən zəif reklam bazarının olması;
  3. Milli Televiziya və Radio Şurası (MTRŞ), kanallar, teleradio sahəsinə aid digər dövlət strukturları arasında fəaliyyətin koordinasiyasının lazımi səviyyədə təşkil olunmaması, televiziya kanallarının fəaliyyətində özünütənzimləmə mexanizmlərinin olmaması.

Yuxarıda qeyd olunan problemlərin koordinasiyalı həllinə hazır olduqlarını bildirərək, bu Anlaşma sənədi ilə tərəflər yaxın müddət ərzində fəaliyyətin əsas istiqamətlərini belə təsdiq edirlər:

  1. Qanunvericilik xarakterli problemlərin detallı analizinin aparılması, tələb olunan dəyişikliklərin siyahısının hazırlanması, Azərbaycan Respublikasının qanunverici orqanının müzakirəsinə təqdim olunmasını həyata keçirmək.
  2. Özünütənzimləmə mexanizmlərinin gücləndirilməsi və MTRŞ-nın fəaliyyətinə dəstək verilməsi çərçivəsində, bu anlaşma sənədini imzalamış bütün televiziya kanalları tərəfindən mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün əlavə səy göstərmək.
  3. MTRŞ-dan qısa müddət ərzində icra və qanunvericilik hakimiyyət orqanları, beynəlxalq ekspertlər, reklam agentlikləri, audiovizual kontent istehsalçıları ilə məsləhətləşmələr əsasında Azərbaycan Respublikasında teleradio yayımının tənzimlənməsinin inkişaf Konsepsiyasının hazırlanmasını, onun ilkin olaraq ümümölkə yayımçılarının müzakirəsinə təqdim olunmasını, həmçinin, onların rəyləri və təklifləri əsasında müvafiq hakimiyyət orqanlarının müzakirəsinə təqdim olunmasını xahiş etmək.
  4. Televiziya industriyasında mövcud olan, həm də onun ayrı-ayrı subyeklərinin problemlərinin analizi məqsədilə tərəflər könüllü olaraq MTRŞ-a televiziya kanallarının maddi-texniki vəziyyəti barədə açıq və tam təfsilatlı məlumatları təqdim etməyi öhdələrinə götürürlər ki, MTRŞ bu analiz nəticəsində televiziya kanallarına operativ dəstək təkliflərini hazırlaya bilsin.
  5. Tərəflər MTRŞ-a təqdim olunması üçün televiziya industriyasının inkişafına yönəlmiş qanunvericilik səviyyəsində olmayan təkliflər paketini hazırlamağı öhdəsinə götürürlər.

Tərəflər MTRŞ-dan imzalanan bu Anlaşma sənədinin əslinin (orijinalının) saxlanılmasını və dərc olunmasını xahiş edir.

İmzalayan Tərəflər:

  1. AzTV, Mədəniyyət TV, İdman TV kanalları adından “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov 
  2. İTV kanalı adından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov 
  3. Space TV kanalı adından “Space” Müstəqil Teleradio Şirkətinin Prezidenti Vaqif Mustafayev 
  4. Lider TV kanalı adından “Lider TV & Radio Azerbaijan” MMC-nin Prezidenti Ədalət Əliyev 
  5. ATV kanalı adından “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının Prezidenti Azər Xəlilov  
  6. Xəzər TV kanalı adından “Xəzər TV” MMC-nin Baş direktoru Murad Dadaşov
  7. ARB və ARB-24 kanalları adından “ARB24” MMC-nin Baş direktoru Radik İsmayılov 
  8. CBC Sport kanalı adından “CBC Sport” MMC-nin Baş direktoru Volkan Üst 
  9. Real TV kanalı adından “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin Baş direktoru Mirşahin Ağayev 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

MTRŞ beş televiziya kanalının hesabına 333 min manat köçürüb

10-06-2016

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

09-10-2009

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009

MTRŞ monitorinq keçirir

07-01-2009

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

23-01-2009

MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

08-02-2022

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Azərbaycanda yeni radio tezlik açılır

30-01-2018

Mədəniyyət kanalı AzTV-yə verildi

22-10-2010

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb

04-08-2021

MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

17-06-2021

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə