Previous Next
Bağla

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023 23:23
 Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

"Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri bitib və yaxın aylarda stansiyanın tikintisinə başlayacağıq".

Xeberler.az məlumat verir ki, bunu "ASAN Radio"nun efirində "Rəqəmsal Dialoq" verilişinin qonağı olan "Teleradio" İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov deyib.

"Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Onun işıqlanması və görüntüsü çox maraqlıdır. Stansiyada təkcə radio və televiziya yayımı olmayacaq, telestudiyalar da yerləşdiriləcək", - E.Həsənov əlavə edib.

O işğaldan azad edilmiş ərazilərdə digər stansiyaların da tikintisinin planlaşdırıldığını vurğulayıb:

"Bunlar Zəngilanda Mincivan stansiyası, Qubadlının Xanlıq və Balasoltanlı stansiyalarıdır. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə 25-ə yaxın stansiya olub. Bu ərazilər işğaldan azad edildikdən sonra ilkin monitorinqlər nəticəsində 20-ə yaxın stansiyanın bərpa edilməsinə qərar verildi. Bu, maksimum saydır. Hazırda bu istiqamətdə işlər davam edir. Azad edilmiş ərazilərdə 6 stansiyada yayım bərpa olunub. Onlardan ən böyüyü Şuşada müvəqqəti stansiyadır. Bu stansiyada 10-a yaxın televiziya proqramı və 7 FM kanalı yayımlanır. Digəri Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında Şahyeri stansiyasıdır. Burda da 10-a yaxın televiziya proqramı və 5 FM kanalı yayımlanır. Laçın və Kəlbəcərdə də müvəqqəti olaraq radio və televiziya yayımını bərpa etmişik".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Hadrut Radio-Televiziya Yayımı Stansiyasında işlər yaxın iki ayda başa çatdırılacaq

25-10-2021

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020

İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

07-11-2021

İşğaldan azad edilmiş ərazilər teleradio yayımı ilə əhatə olunacaq

30-11-2020

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

02-03-2021

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023

Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək

07-11-2021

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə