Previous Next
Bağla

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022 18:55
Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Xeberler.az bildirir ki, şuradan verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə olunub.

İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: “Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); “İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio); “İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio); “ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio); “Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası).

Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib. Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Gündəlikdə duran ikinci məsələ “Radio TMB” kanalı üçün regionlarda yeni tezliklərin ayrılması olub. Bununla bağlı Şura aparatının texniki mütəxəssislərinin rəyi dinlənilib. Daha sonra “Radio Qrup” MMC-nin müraciəti və texniki mütəxəssislərin rəyi əsasıında “Radio TMB” ümumölkə radio kanalının yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən “Poylu” Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyi və Şəki rayonu ərazisində yerləşən “Təpəcənnət” Radio-Televiziya Yayım Stansiyasından 94.9 MHs radiotezliyi “Radio Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında qərar qəbul olunub.

Bundan sonra, texniki cəhətdən mövcud tezlikdə yayımın aparılmasının qeyri-mümkünlüyü və texniki mütəxəssislərin rəyini nəzərə alaraq “İctimai Radio” ümumölkə radio kanalının yayımı üçün Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli 13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən “Şuşa” Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs radiotezliyi 88.7 MHs radiotezliyinə dəyişdirilməsi haqqında qərar qəbul olunub.

İclasda, həmçinin, televiziya kanallarının efirində yayımlanan reklam çarxları müzakirə olunub. Bir sıra kanalların efirində yayımlanan bir reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilib və yayımçılara bununla bağlı müraciət qəbul olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

02-09-2022

Azərbaycanda yeni radio açılır

24-01-2024

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

"Real FM" radiosuna yayım lisenziyası verilib

17-03-2022

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021

MTRŞ 102 MHz tezliyi ilə bağlı müsabiqəni ləğv edib

11-01-2020

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb

04-08-2021

“Araz” radiosu fəaliyyətə başlayacaq

05-02-2011

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

“Real FM” test yayımına başlayıb

28-03-2022

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023

Azərbaycanda yeni radionun açılması üçün müsabiqə elan olunub

13-01-2022

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə