Prezident İlham Əliyev “İntellektual gömrük” informasiya sisteminin (İGİS) yaradılması ilə bağlı Fərman imzalayıb.
Xeberler.az məlumat verir ki, Fərmana əsasən, “İntellektual gömrük” informasiya sistemi yaradılır və sistem haqqında Əsasnamə təsdiq edilir.
Sənədə əsasən, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirəcək.
Fərmanla Dövlət Gömrük Komitəsinə İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Bununla yanaşı, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Prezidentin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq, sistemin “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin edəcək.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı normativ tələblərdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İGİS-in Əsasnaməsində nəzərdə tutulan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək üçün zəruri tədbirlər görəcək.
Fərmanda Nazirlər Kabinetinə də sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, “İntellektual gömrük” informasiya sisteminin yaradılmasında əsas məqsəd gömrük sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumatların idarə olunmasının təkmilləşdirilməsi, proseslərin avtomatlaşdırılması və xidmətlərin daha səmərəli təşkili üçün vahid rəqəmsal platformanın formalaşdırılmasıdır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları