Previous Next
Bağla
REKLAM YERİ

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018 10:23
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Xeberler.az  məlumat verir ki, fərmana əsasən, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib. Dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin ilkin olaraq aşağıdakı altsistemləri yaradılıb:

• Kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi;

• Sosial xidmətlər sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Sosial Xidmətlər Vahid İnformasiya Sistemi;

• Kənd təsərrüfatı sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi.

Bu fərmana əsasən yaradılan Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Energetika Nazirliyi, Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aqrar Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestri – “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ni təşkil və aparılmasını təmin etməli, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatları və sistemlərinin rəsmi statistik məlumatlarla təmin olunması məqsədilə Dövlət Statistika Komitəsinin müvafiq informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilməsini həmin Komitə ilə birlikdə təşkil etməlidir.

Fərmanda Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə də bir sıra tapşırıqlar verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019

Elektron xidmətlərlə bağlı layihələrə rəy verilməsi qaydası müəyyənləşib

24-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə