Previous Next
Bağla

Azərbaycanda Qurban bayramı qeyd olunur

12-09-2016 10:25
Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda müsəlmanların müqəddəs Qurban bayramı qeyd olunur.

Xeberler.az məlumat verir ki, Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə isə 12 sentyabr tarixinə təsadüf edir.

Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Həmçinin, Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar qurban kəsəcəklər.

Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iki gün - sentyabrın 12-si və 13-ü qeyri-iş günüdür.

Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar bu gün və sabah Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsiləcək.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Qurban bayramı qeyd olunur

01-09-2017

Hesab.az-da Qurban bayramı sevinci

09-08-2019

​​​​​​​Azərbaycanda Ramazan bayramıdır

21-04-2023

“AvirTel” şirkətindən “İnternet Sizə Qurban”

30-11-2009

Yelo Bank aztəminatlı vətəndaşlarla bayramlaşdı

08-07-2022

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir

21-08-2018

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

11-07-2023

ASAN xidmət mərkəzləri 3 gün işləməyəcək

30-08-2017

Ölkəmizdə Ramazan bayramı qeyd olunur

26-06-2017

Yeni poçt obyektləri istifadəyə veriləcək

24-11-2009

Azərbaycan Ramazan bayramını qeyd edir

18-07-2015

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayramda gücləndirilmiş rejimə keçəcək

25-06-2023

Azərbaycanda Ramazan bayramı qeyd olunur

06-07-2016

Azərbaycanda bir sıra yeni rabitə obyektləri istifadəyə verilib

14-11-2010

RİNN bayram günlərində gücləndirilmiş rejimində işləyəcək

04-06-2025

Azərişıq Qurban bayramında növbətçilik sistemi tətbiq edəcək

17-08-2018

Borclu abunəçilərə şad xəbər

08-08-2019

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2018

ASAN xidmət mərkəzləri 2 gün işləməyəcək

09-09-2016

"AHİK+" adlı elektron layihə hazırlanıb

05-06-2025

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

24-06-2017

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

14-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə