Previous Next
Bağla

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025 14:17
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Xeberler.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı 6-8 iyun tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. 9 iyun tarixində isə qatar saat 15:00-da Ağstafadan Bakıya hərəkət edəcək.

Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar bayram günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə 6 və 9 iyun tarixlərində 4 əlavə reys təyin edilib. Bu marşrutlar üzrə qatarlar həmin günlərdə hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə hərəkət edir, o cümlədən 7 və 8 iyun tarixlərində eyni qaydada fəaliyyət göstərəcək.

Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılıb. Qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək. 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcək.

Həmçinin ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

12-10-2023

Bakı-Gəncə sürət qatarında qiymət endirildi

16-03-2019

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025

Bakıdan Gəncəyə 4 saatlıq yol 100 manata

28-12-2018

Bakıdan Tbilisə əlavə sürət qatarı təyin edildi

27-05-2019

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” aktivdir

13-11-2024

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

11-01-2019

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

26-04-2022

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

Bakı-Gəncə sürətli qatarında qiymətlər endirildi

31-01-2019

Bakı-Sumqayıt qatarında bileti mobil telefonla almaq mümkün olacaq

12-09-2015

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?

05-07-2022

Poçt şöbələri bayram günlərində növbəli rejimdə işləyəcək

08-05-2021

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

Borclu abunəçilərə şad xəbər

08-08-2019

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2019

DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

27-04-2022

İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə tanış olub

04-04-2019

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

22-05-2020

“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

30-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə