Previous Next
Bağla

Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

20-08-2025 10:46
Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

Qloballaşan dünya iqtisadiyyatında innovasiya hər bir ölkənin rəqabət üstünlüyü və milli iqtisadiyyatını gücləndirmək üçün strateji istiqamət olaraq qəbul edilir. Belə ki, innovativ sahibkarlıq yeni iş yerləri yaradır, texnoloji yeniliyi gətirməklə biznesi daha səmərəli edir, əmək bazarında müasir peşələrə tələbi artırır, ümumilikdə iqtisadiyyatın şaxələnməsini sürətləndirir və buna paralel olaraq ölkəyə xarici investisiya axınını stimullaşdırır.

Xeberler.az məlumat verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.

“Ölkə daxilində biz innovasiyanın texnologiya əsaslı fəaliyyət imkanı kimi bir şəhərə və ya mərkəzə bağlı olmadığını da görürük. Bu texnoloji üstünlüyü mümkün edən təməl faktor rəqəmsal infrastruktur və yüksəksürətli internetin mövcudluğudur. Bu xüsusda “Onlayn Azərbaycan” layihəsinin ölkəmizin texnoloji inkişafında həlledici rolunu vurğulamaq istərdim. Sözügedən layihə respublikanın bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarını müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin etdi.

Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu.

Yüksəksürətli internetin yayılması Azərbaycanda texnoparkların fəaliyyət imkanlarını texniki cəhətdən genişləndirib. Belə ki, 2025-ci ilin yanvar–avqust ayları ərzində 2-si xarici olmaqla, ümumilikdə 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilmişdir. Bundan əlavə, 2023-cü ildə “Texnologiyalar Parkı haqqında nümunəvi Əsasnamə”yə edilmiş dəyişikliklərdən sonra 8-i xarici olmaqla, ümumilikdə 144 hüquqi şəxsə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik statusu təqdim olunmuşdur.

Onu da qeyd edim ki, texnoparkdan kənar fəaliyyət göstərmək üçün rezidentlik əldə etmiş hüquqi şəxslərin bizneslərinin inkişafına dəstək vermək məqsədilə onlardan müvafiq statistik məlumatlar toplanmış və həmin məlumatlara əsaslanaraq dəstək mexanizminin növbəti mərhələləri planlaşdırılmışdır. Bu çərçivədə sözügedən şirkətlərin böyüməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə Samir Məmmədov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024

Şahin Babayev: Yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb

10-03-2025

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

17-07-2024

99,4 faiz mənzil və biznes subyekti yüksəksürətli internetlə təmin olunub

28-11-2024

“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

23-09-2024

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024

Rəşad Bayramov: 10G-PON texnologiyasının testləri tamamlanıb

05-12-2025

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

Ev təsərrüfatlarının 52 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

16-11-2023

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Kürdəmir rayonunda təsərrüfatların 70%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

06-07-2024

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

Azərbaycandakı ev təsərrüfatlarının 58 faizinin genişzolaqlı internetə çıxışı var

11-12-2023

“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023

“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023

Gələn il Azərbaycanda keyfiyyətli internet problemi tam həllini tapacaq

06-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə