Previous Next
Bağla

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024 10:57
Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

“Aztelekom” MMC Zaqatala rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 52%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

 Xeberler.az  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Zaqatala şəhəri, Zaqatala rayonunun Car, Kebeloba, Yuxarı Tala, Aşağı Tala, Çökək, Göyəm, Dardoqqaz, Sumayıllı, Mişleş, Muxax, Qandax, Faldarlı, Kəpənəkçi, Muğanlı, Yengiyan, Mosul, Maqov, Paşan, Yolayrıc, Höytala, Vöhtala, Mazıx, Qəbizdərə və Uzuntala kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Zaqatala rayonu ərazisində 18379 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

 Hazırda Zaqatala şəhərində 5546 təsərrüfatdan 3862 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

 GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.

 Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

 Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

 Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.Zaqatala rayonunda təsərrüfatların 52%-nin genişzolaqlı internetə çıxış imkanı təmin edilib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

Zaqatalada 7000-dən artıq evə yüksəksürətli internetə qoşulma imkanı yaranıb

08-09-2023

Şamaxı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

05-07-2024

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

03-07-2024

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

Kürdəmir rayonunda təsərrüfatların 70%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

06-07-2024

Ağcabədi rayonunda təsərrüfatların genişzolaqlı internetə çıxışı təmin edilib

28-08-2024

Tərtər rayonunda təsərrüfatların çoxu genişzolaqlı internetlə təmin edilib

30-08-2024

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024

Goranboy rayonunda təsərrüfatların çoxu genişzolaqlı internetlə təmin edilib

31-08-2024

Bərdə rayonunda genişzolaqlı internetə çıxışı təmin edilib

22-08-2024

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə