Previous Next
Bağla

Azərbaycandakı qalmaqala görə Evrovisiona yeni qaydaların tətbiqi haqda qərar qəbul olunub

18-09-2009 12:09
Azərbaycandakı qalmaqala görə Evrovisiona yeni qaydaların tətbiqi haqda qərar qəbul olunub

Sentyabrın 11-də Osloda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – Nəzarət Qrupu Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti müzakirə edib. Qərara gəlinib ki, müsabiqənin qaydalarını dəyişsin. Bu barədə Avropa Yayım Birliyinin (EBU) “Azadlıq” radiosuna göndərdiyi bəyanatda deyilir. 

Avropa Yayım Birliyinin “Eurovision” mahnı müsabiqəsi üzrə məsul komitə - İstinad Komitəsi qərara gəlib ki, səsvermə ilə bağlı anonimliyi poza biləcək, məlumatların hər hansı şəkildə açılmasına görə iştirakçı yayım şirkəti ciddi məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi həyatına hörmət olunduğuna təminat verməyə yönəlib. Əgər bu baş verməzsə, EBU qaydanı pozan televiziyaya müvafiq sanksiya qoya bilər.

Əvvəlki qaydalara görə “Eurovision” mahnı müsabiqəsi səsverməni keçirən televiziya şirkətlərinin üzərinə səsverənlərin şəxsi həyatına hörmət etmək öhdəliyi qoymuşdu. Bununla belə EBU onlara qarşı sanksiya qoya bilmirdi, bu səbəbdən də qaydalar dəyişdirilib.

Xatırladaq ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılması barədə mətbuata məlumat vermişdi. Həmçinin politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da eyni səbəblə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa Yayım Birliyinin TV direktoru istefa verib

07-01-2010

İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

19-09-2009

AİF Azərbaycan İnternetinin “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığını müzakirə edəcək.

23-06-2011

ITV cəzalandırıla bilər

18-09-2009

Eurovision adı altında qeyri-qanuni rəsmi saytlarla bağlı tədbirlər görüləcək

07-02-2012

Eurovision-2017 Kiyevdə keçiriləcək

09-09-2016

Azercell «Eurovision 2009»-da Ermənistana səs göndərənlərin siyahısını MTN-ə veribmi?

14-08-2009

“Youtube”da keçirilən beynəlxalq internet müsabiqəsində Azərbaycan birincilik qazanıb

23-12-2009

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011

Dünyanın ən böyük ekranı harada quraşdırılacaq?

04-03-2011

“Eurovision-2011”dəki təmsilçilərimizin saytı yaradılıb

17-03-2011

“Eurovision-2009” Azərbaycan təmsilçilərinin saytı yaradılıb

24-04-2009

“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı AİF -in Təklifləri

28-03-2012

Eurovision-2016-da Azərbaycan təmsilçisi və mahnısı açıqlandı

10-03-2016

“Eurovision 2015”in qalibi qabaqcadan məlum olub

26-05-2015

On-line səsvermə sabah dayandırılacaq

21-12-2010

"Google" Safuranı 9-cu etdi

25-05-2010

Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı ?

27-06-2011

"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

23-11-2022

Google Avroviziya müsabiqəsinin qaliblərini açıqladı!!!

12-05-2009

Eurovision 2012-nin HD formatında yayımı üçün infrastruktur artıq hazırdır

17-05-2012

İctimai Televiziya 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı

07-12-2010

Nazir Əli Abbasov “Avrovizion” a hazırlığı müzakirə edib

12-04-2012

“Evrovision.az” saytına 2 milyon manat ayrılıb?

18-05-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə