Previous Next
Bağla

İctimai Televiziya 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı

07-12-2010 07:08
İctimai Televiziya 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov 2010-cu ildə teleradio sahəsində qazandığı uğurlara görə “Azeri Business Award” mükafatına layiq görülüb.

“Business Time” jurnalının təsis etdiyi illik mükafatın təqdimat mərasimi “Buta Palace”da olub. Mərasimdə İctimai Teleradionun MDB-də ilk dəfə olaraq Avropa Yayımları Birliyinin Baş Assambleyasına ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, İctimai Televiziya artıq Azərbaycanda beynəlxalq layihələrin ünvanı kimi tanınan bir media quruma çevrilib. 2010-cu ildə əldə olunan nailiyyətlər sırasında “Eurovision Mahnı Müsabiqəsi”ndə Azərbaycanın iştirakını uğurla təşkil etməsi, parlament seçkilərini yüksək peşəkarlıqla işıqlandırması, bütün namizədlərə pulsuz efir vaxtı ayırması diqqətə çatdırılıb.

Həmçinin Türkiyə, Gürcüstan, Macarıstan, Ukrayna, Rusiya, Belorus və digər ölkələrlə mütəmadi olaraq telekörpülər həyata keçirdiyi, İctimai Televiziyanın artıq film istehsal edən bir quruma çevrildiyi, şirkətdə bu günədək 100-dən çox sənədli və bədii film çəkildiyi bildirilib. Yaradıcılıq sahəsindəki uğurlarla yanaşı, ölkə prezidenti cənab İlham Əliyevin birbaşa himayəsi ilə İctimai Teleradionun əməkdaşları üçün yaşayış binasının tikintisinə də başlandığı bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17-11-2011

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIQ

05-01-2009

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

Prezident Avropa çempionatının yayımı üçün İTV-yə maliyyə vəsaiti ayırıb

09-02-2023

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

25-05-2026

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

29-05-2015

İctimai TV-də kadr və struktur dəyişikliyi olub

16-09-2022

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009

Seçkidə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adı açıqlandı

24-09-2010

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

İTV-nin 3 departamenti birləşdirildi

07-10-2009

İTV Yayım Şurasına yeni üzvlər seçiliblər

02-05-2023

İctimai Televiziya və Radio Yaımları Şirkətinin baş direktoruna müraciət ünvanlandı

03-10-2009

İTV Yayım Şurasının iclası keçirilib

15-02-2019

Gürcüstanda rus dilində yayımlanacaq televiziya fəaliyyətə başlaya bilər

24-12-2009

“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

04-12-2009

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb

24-04-2026

Media və reklam haqqında qanunlara dəyişiklik edilməsi ilə bağlı variant hazırlanıb

15-01-2025

Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub

30-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə