"Azərbaycanın internetlə bağlı ən böyük problemi inhisarçılıqdır".
Xeberler.az bildirir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 5-ci nəsil kabelsiz mobil texnologiyanın (5G) və digər yeni texnologiyaların istifadə edilməməsinin səbəbi zamanında bəzi şəxslərin kütləvi şəkildə tezlikləri alıb inhisarçılıq edərək özlərinə saxlamasıdır: “Həmin şəxslər imkan vermirlər ki, dövlət və ya praktiki bu işi bilən yeni şirkətlər ondan istifadə etsin”.
Deputat bildirib ki, bu problem kabel televiziyalarında da var: “Bəzən kabel televiziyalarında da gecikmələr olur”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri