Previous Next
Bağla

"Azercell" abunəçilərinin sayı 5 milyonu keçib

28-05-2020 12:21
"Azercell" abunəçilərinin sayı 5 milyonu keçib

Xeberler.az bildirir ki, ötən ilin iyun ayında yeni brend kimliyini təqdim edən və fəaliyyətinin yeni dövrünə qədəm qoyan “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq, innovativ və rəqəmsal həllərlə həyatlarını asanlaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Məhz bu səylərin nəticəsi olaraq ölkə əhalisinin əksəriyyəti tərəfindən seçilən Azercell-in abunəçi sayı artıq 5 milyonu keçdi!
Azercell şirkətinin 5 milyonuncu abunəçisi Sabirabad rayon sakini Elvin Mirzəyev oldu.

Ölkənin lider mobil operatoru Azercell ailəsinin 5 milyonuncu üzvünü xüsusi hədiyyələrlə qarşıladı. Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell yeni müştərisinə müasir dizayna, güclü prosessor və kameraya malik yeni “iPhone SE” smartfonu və “Sərbəst75” tarifinə 1 illik pulsuz abunəlik hədiyyə etdi.

Şirkət üçün bu tarixi hadisənin pandemiya dövründə baş verməsi də təsadüfi deyil. Dünyanı bürüyən qlobal gərginlik zamanı xalqın yanında olan lider mobil operatorun məhz indi 5 milyonuncu müştərisini qarşılamağı, onun düzgün müştəriyönümlü siyasət həyat keçirdiyini və abunəçilərin etibarını qazanmağa müvəffəq olduğunu növbəti dəfə sübut etdi. Bu çətin müddət ərzində müştərilərinə gücləndirilmiş iş rejimində xidmət etməklə yanaşı, Azercell şirkəti, həmçinin ölkədə iqtisadi sabitliyin qorunması və sosial rifahin yüksəldiməsinə yönəlmiş bir sıra layihələrə imza atdı.

Şirkət öz müştəriləri ilə digər operatorların abunəçiləri arasında fərq qoymadan pandemiyanın ilk günlərindən etibarən həm mobil xidmətlərə aid müxtəlif dəstək aksiyaları həyata keçirdi, həm də ölkəmizdə həssas kateqoriyaya aid olan on mindən çox aztəminatlı ailəyə ərzaq yardımı payladı.

Abunəçilərinin etibarını yüksək qiymətləndirən “Azercell Telekom” MMC bundan sonra da işgüzar fəaliyyətini şəffaflıq prinsipləri üzərində quraraq kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiqi, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan edilməsi istiqamətində çalışacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024

Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1GB internet hədiyyə qazan

16-09-2020

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019

Azercell-in Rominqi millər qazandırır

19-11-2019

Azercell iPhone 12 və iPhone 12 Pro alan abunəçilərə internet hədiyyə edir

06-11-2020

iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında

26-11-2020

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

12-11-2019

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016

Azercell Neftçalada yeni AzEks istifadəyə verdi

22-07-2015

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə